Şəhid, qəhrəman döyüşçümüz Zeynallı Rəşad Qiyas oğlunun cənnətdəki ilk doğum günündə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının bir qrup üzvü və Nəsimi rayon icra hakimiyyətinin nümayəndələri II Fəxri Xiyabanda onun məzarını ziyarət edib və ailənin qayğıları ilə maraqlanıblar. 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə şəhid əsgərimiz Zeynallı Rəşad Qiyas oğlu “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” görə medalları ilə təltif olunub.
Ziyarət zamanı YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili, Məlahət İbrahimqızı dövlətimizin, şəxsən möhtərəm Prezident Cənab İlham Əliyevin, eləcə də Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid, qazi və müharibə veteranlarına olan dövlət qayğısından danışaraq, əziz şəhidlərimizin işıqlı xatirəsinin gələcək nəsillərin yaddaşında və qəlbində əbədi yaşayacağını bildirib. O, qeyd edib ki, bu gün dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət cəmiyyətin hər üzvü üçün örnək olmalıdır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB