"O, özü problemdir və böhranı yaradan da özüdür" İşxan Saqatelyan

"O, özü problemdir və böhranı yaradan da özüdür" İşxan Saqatelyan

Nikol Paşinyan Ermənistanın bölgələrində sərbəst hərəkət edə biləcəyini göstərməyə çalışdı, lakin insanlar, vətəndaşlar onun ərazilərə girməsini qadağan etdilər, onu rüsvay etdilər və xainə yer olmadığını bildirib onu qovdular, o getməlidir. SİA xəbər verir ki, bu sözləri "Daşnaksütyun" partiyasının nümayəndəsi, "Vətənin Qurtuluşu Hərəkatı"nın koordinatoru İşxan Saqatelyan hökumət evləri yaxınlığında keçirilən mitinq zamanı jurnalistlərə verdiyi müsahibədə deyib.
"Biz də dəstəyimizi bildirmək və bu gün bir daha hüquq-mühafizə orqanlarına qanunsuz bir əmr verdiyini xəbərdar etmək üçün buraya toplaşmışıq. O, anlamalıdır ki, kimi gəldi tutub mühakimə etməyə çalışdıqları Sünik sakinlərinin başından ən azı bir tük belə düşsə, əskik olsa, cavabımız daha sərt olacaq", deyə hərəkatın koordinatoru bəyan edib.
Saqatelyan əvvəlcə hökumətin erkən seçkilərə gedəcəyinə də şübhə etdiyini söyləyib.
"İlk gündən dedik ki, bu şəxs seçkidən hər an qaça, boyun qaçıra bilər və açıqlamaları bizim üçün əsas deyil. Əlbəttə ki, heç bir seçki olmaya bilər və bu yolla getsələr, problemimiz olmayacaq. Seçki ilə və ya seçki olmadan bu xaini aradan götürməliyik", deyə Saqatelyan əlavə edib.
"O, dinc və normal şəraitdə belə ölkəni idarə edə bilmədi və indi də böhran vəziyyətindən danışır. O, özü bir problemdir. Böhranı da yaradan özüdür. Nə qədər uzun müddət hakimiyyətdə olarsa, bu xaos Ermənistana, erməni xalqına və dövlətçiliyinə ziyan vuracaqdır. Mübarizə aparan bütün vətəndaşlar birləşsin, gəlin birlikdə bu alçaqlığı aradan götürməyə çalışaq", deyə "Vətənin Qurtuluşu Hərəkatı"nın koordinatoru İşxan Saqatelyan fikirlərini tamamlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə