Ermənidən artıq erməni, daşnakdan artıq daşnak! TƏRS BAXIŞ+HİDDƏT
Bir vaxtlar Azərbaycan Ordsusunu hədəfə alan bu xainlər indi də Qarabağın yenidən qurularaq abadlaşmasına qarşı dil uzadırlar
Artıq azad olunmuş Qarabağda yol-inşaat, infrastruktur, hava limanları və s. istiqamətlərdə nəhəng işlərə start verilib və Prezident İlham Əliyev bununla bağlı çıxışlarına bəyan edib ki, çox keçməz, Qarabağımız dünyanın ən cənnətməkan diyarlarından birinə çevriləcək. Söz yox ki, uzun illər erməni işğalı altında qalan bu torpaqlarımız dağıdılıb və talan edilib, eləcə də ermənilərin qanunsuz məskunlaşdıqları şəhər və qəsəbələrimiz, ümumiyyətlə, sovet vaxtından qalan köhnə, yöndəmsiz tikililərlə bərbad vəziyyətdə qalmaqda davam edib. Bu da sübut edir ki, ermənilər heç vaxt öz torpaqlarında yaşamadıqlarını bildikləri üçün hər daşa etinasız davranıb, hətta qarşılarına çıxan hər şeyi dağıdaraq məhv ediblər.
Nəticədə, bu gün dövlət başçımızın da dediyi kimi, Qarabağa öz sahibləri geri dönüblər və indi bu müqəddəs torpaqlarımızın dirçəldilməsi, abadlaşdırılması prosesinə başlanılıb.
Naira Zoqrabyan 44 günlük müharibə zamanı Mingəçeviri bombalamağa çağırışlar edir, hətta bu barədə sosial şəbəkələrdə də açıq şəkildə yazırdı!
Lakin bu gün bu uğurlardan, qalibiyyətdən ermənilərdən də betər yanıb-yaxılanlar, az qala düşmənlərdən də izafi özlərini narahat hiss edən ünsürlər də var – onlar illərdir ki, milli xəyanətkarlıq yolunu tutan sözdə müxalifətçilər və onların dırnaqrarası liderləridir. Baxın, təkcə Şuşa kimi müqəddəs və tarixi şəhərimizdə başladılan tikinti-quruculuq, abadlıq işləri nədənsə bu ünsürləri qıcıqlandırır, özü də Ermənistandakı hay-küyçü siyasilərdən heç də fərqlənməyərək.
Məsələn, Ermənistan parlamentinin deputatı Naira Zoqrabyan Şuşada müasir və yeni binaların tikintisinə başlama prosesini “vandallıq” kimi qələmə verməsinə ilk dəstəyi məhz AXCP-“Milli Şura” cütlüyünün hay-həşirçiləri özlərinə məxsus şivənçilikləri ilə dəstək göstərdilər. Lakin unutdular ki, dəstək göstərdikləri düşmən, daha dəqiq desək, Naira Zoqrabyan 44 günlük müharibə zamanı Mingəçeviri bombalamağa çağırışlar edir, hətta bu barədə sosial şəbəkələrdə də açıq şəkildə yazırdı. Maraqlıdır, onda da bu yığnaq onun terror çağırışlarına gizli şəkildə dəstək göstəriblərmi?
Heç bir mənəviyyata, ləyaqətə, milli dəyərlərə sığmayan belə bir addımı başqa necə adlandırmaq olar?
Azərbaycandan isə onunla paralel fəaliyyət sərgiləyən, terrorçuluq ideyalarını yaşadan, dəstək göstərən AXCP sədri Əli Kərimli, “Milli Şura”nın koordinasiya mərkəzinin üzvü Tofiq Yaqublu, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahiddir. Belə desək, bu vətənşivənlər yığnağı Zoqrabyanın Şuşada aparılan bərpa işlərinə etirazını Azərbaycan ictimaiyyəti üçün tirajlayır və dəstəkləyirdilər, üstəlik, azərbaycanlılardan erməni deputatının səsinə-səs verməyə tələb edirlər (?!).
Heç bir mənəviyyata, ləyaqətə, milli dəyərlərə sığmayan belə bir addımı başqa necə adlandırmaq olar? Əlbəttə ki, DÜŞMƏNÇİLİK VƏ XƏYANƏT!
Bu gün belələrinin ermənidən artıq erməniçilik, daşnaklıqdan artıq daşnakçılıq sərgiləmələrinə qarşı xalqın hiddəti əlbəttə ki, artır. Xalq belə mənfurlara nifrət edir və söz yox ki, bundan sonra da belə olacaq. Çünki Şuşanın bərpasını "vandalizm", "mənəvi terror" adlandıranlara qarşı başqa heç cür normal münasibət bəsləmək ümumiyyətlə, qeyri-mümkündür.
Əlbəttə, belələrindən zatən başqa heç cür münasibət gözləməyə də dəyməzdi. Misal üçün, bu həmin Əli Kərimlidir ki, 2016-cı ilin Aprel zəfərindən sonra Azərbaycanın müzəffər ordusuna qarşı ermənilərin maraqlarına sərf edən çıxışlar edərək, fikirləri Ermənistan KİV-lərinin manşetlərinə çıxarılmışdı. Yaxud, bu həmin Gültəkin Hacıbəylidir ki, Aprel qələbəsindən sonra “Milli Şura”nın keçirdiyi mitinqlərinin birində Azərbaycan Ordusunun sınıq, xarab silahlarla döyüşməsi iftirasını səsləndirmişdi. İndi isə 44 günlük Vətən müharibəsinin qələbə dadını çıxaran xalqın, dövlətin maraqlarına qarşı bu cür ucuz reklamlarla çıxır, özlərini daha rüsvayçı vəziyyətə salırlar.Təkcə təqdim edilən fotolara və xatırlatmalara baxmaq kifayət edər ki, bu məxluqların "kimliklərinin" şahidi olasan...
Bu gün isə Azərbaycanın strateji obyektinə terror edilməsi, Şuşanın bərpasına etiraz çağırışı edən Naira Zoqrabyanla eyni məqsəd və ideyanı bölüşən Əli Kərimliyə, Tofiq Yaqubluya, Qənimət Zahidə, Gültəkin Hacıbəyliyə və onlara züy tutanlara başqa hansı münasibəti sərgiləmək olar?
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB