Ermənistandan köçənlərin sayı artır miqrasiya problemi

Ermənistandan köçənlərin sayı artır miqrasiya problemi

Nikol Paşinyan və komandası Ermənistan üçün parlaq gələcək vəd edir, amma bunu kiminlə, necə edəcəklərini dəqiqləşdirmirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

“Hər şey Ermənistanın gələcəyinin türklərin hesabına olacağını göstərir, çünki köçün mənfi tarazlığını görərək başa düşürük ki, bu gələcək qurulmadan əvvəl Ermənistanda heç bir erməni olmayacaq vəyalnız nikolçular, zombilər və onlarla əlaqəli insanlar qalacaq.

Beləliklə, yayımlanan statistik məlumatlara görə, yalnız bu ilin mart ayında Ermənistan vətəndaşları da daxil olmaqla, 74 197 sərnişin Zvartnos və Şirak hava limanlarından yola düşüb, 42 283 vətəndaş hava limanlarına qayıdıb. Mart ayında gedib qayıdanlar arasındakı fərq 31 914 nəfərdir. Sual yaranır ki, belə bir tempdə Ermənistanın gələcəyindən kim faydalanacaq”, deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə