Natanz nüvə obyektində baş verən partlayışın sirri - ŞƏRH ÖZƏL

Natanz nüvə obyektində baş verən partlayışın sirri - ŞƏRH ÖZƏL

“İranın Natanz şəhərindəki nüvə obyektinə xidmət edən elektrik stansiyasında baş verən partlayış sıradan bir texniki qəza deyil. Bu, regionda yeni bir müharibənin başlanmasına gətirib çıxara biləcək planlı şəkildə həyata keçirilmiş hücumdur. ABŞ-ın təlimatı ilə Vyanada İranla başladılan nüvə danışıqlarının ilk raundu fonunda nüvə obyektində partlayışın baş verəməsi nəzərləri bu sazişə qarşı çıxan İsrailə çevirdi. İsrail Baş naziri Benyamin Netanyahu İranla Altılıq ölkələri arasında 2015-ci il də əldə olunmuş və 2018-c ildə Tramp tərəfindən tərk edilən "Hərtərəfli Fəaliyyət Planına" ABŞ-ın növbəti dəfə qayıtması fonunda Tehranın güclənəcəyini qeyd edir. Belə bir sazişi qəbul etməyəcəklərini elan edir. Baş verən bu partlayışı Tehran rəsmiləri bu kiber hücumun "Mossad" tərəfindən törədildiyini elan edib”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçi bildirib ki, ötən il İranın nüvə alimi suiqəsd nəticəsində öldürülüb və hazırda nüvə stansiyasında bu partlayışın baş verməsi eyni ssenari ilə davam edir: “Göründüyü kimi İsrail İranın nüvə stansiyalarını tikməsinin əleyhinədir və bunu potensial olaraq İsrailin təhlükəsizliyinə təhdid kimi qəbul edir. Həmçinin Tehranın nüvə silahı əldə etdikdən sonra, regionda İsrailin tamamilə küncə sıxışdırlacağından narahatdır. Demək olar ki, İranın nüvə alimlərini aradan götürən və nüvə stansaiyalarına qarşı kiber hücumları həyata keçirən İsraildi. Bu gün İranın Yaxın Şərqdə həyata keçirdiyi siyasi-hərbi hərəkətliliyinə nəzər salsaq İsrailin narahatlıqları başa düşüləndir. Bundan əlavə, rəsmi Tehranın nüvə silahı əldə etməsi Türkiyə və Azərbaycanında təhlükəsizlik maraqlarına ziddir. Ümumiyyətlə dünyada qaz ehtiyatına görə birinci yerdə olan İranın nüvə enerjisi əldə etməsi nəyinə lazımdır?! Təbii ki, İranın əlində olan nüvə başlığı daşıya bilən balisstik raketlərini nüvə başlığı ilə təmin etməkdir. Nüvə silahı əldə etdikdən sonra, İran Yaxın Şərqdə və regionda öz ekspansiyon siaysətə üstünlük verəcək. ABŞ prezidenti İsrailin bu narahatlıqlarını görməzdən gələrək nüvə sazişinə qayıtmağı İranı Rusiya və Çindən ayırcağını planlayır”.

M.Əsədullazadə vurğulayıb ki, ABŞ adminstrasiyası üçün beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da gücləndirmək üçün İranla əldə olunacaq yeni sazişə İsrailin İranın nüvə obyektlərinə zərbələri ilə müşaiyət oluna bilər: “Bu, regionda yeni bir müharibənin başlnamsına gətirə bilər. Ona görə də ABŞ administrasiyası Natanz şəhərindəki nüvə stansiyasında partlayışdan sonra İsraillə hesablaşmalı olacaq. Məhz bu hücum ABŞ və Altılıq ölkələrinə İsrailin mesajı kimi qiymətləndirmək olar. İsrail bununla mesaj verir ki, mənim təhlükəzliyimi və maraqlarımı nəzərə almasanız İranın nüvə obyektləri hədəfimdə olacaq. Bu arada İsrailin təhlükəsizlik qayğılarınıda başa düşmək olar. İsrailin təhlükəsiz və stabil şəkildə inkişafı Azərbaycanında maraqlarına cavab verir. Çünki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır və birgə layihələr həyata keçirirlər. Həmçinin Qarabağ müharibəsində İsrail Azərbaycana dost və tərəfdaş ölkə olduğunu nümayiş etdirib”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə