Naxçıvan nümayəndəliyinin rəhbəri Fransa səfiri ilə görüşüb FOTOLAR
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Fransanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosla görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasındakı münasibətlər, 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyət, Zəngəzur dəhlizinin açılması, Naxçıvan Muxtar Respublikası ilə bir çox sahədə, xüsusilə, arxeologiya, turizm, iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət sahələrində əlaqələr, rəsmi səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB