“Ukrayna və Rusiya arasında mövcud siyasi-hərbi böhranda Türkiyənin manevr siyasəti hər iki ölkə ilə əməkdaşlığı qoruyub saxlamaqdır. Buna baxmayaraq Krım məsələsində prezident R.T.Ərdoğanın prinsipiallığı və "Krım beynəlxalq platformasında" iştirak edəcəyi ilə bağlı mövqeyi Moskva-Ankara arasında müəyyən böhrana yol açsa da, tərəflər əməkdaşlığı qoruyub saxlayacaq. Ukrayna-Türkiyə siyasi-hərbi əməkdaşlığı Rusiya qarşı yönəlməyib və bunu Moskvada yaxşı başa düşür. Amma Türkiyənin İdlib və Qarabağda Rusiya ilə fikir ayrılıqları müəyyən dərəcədə Moskvaya Ukrayna məsələsində təzyiq etməklə, ciddi güzəştlər əldə edə bilər”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, Ukryana ordusunu PUA-larla təmin edən Türkiyənin mövqeyi müharibə başlayacağı təqdirdə, vasitəçi kimi rol oynaya bilər: “Ona görə də Ankara Kiyevlə sıx əməkdaşlığı davam etdirir ki, Moskva Türkiyənin vasitəçilyini qəbul etsin. Bu da Türkiyənin Qara dəniz və Donbass məsələsində əsas söz sahibi olacağına gətirib çıxara bilər. Türkiyə və Rusiya arasında əsas həssas məsələ ABŞ gəmilərinin Boğazlardan keçib, Qara dənizə gəlib, Ukrayana dəstək verməsidir. Türkiyə ABŞ-la müttəfiqliyə görə deyil, yanız öz geosiyasi maraqları çərçivəsində bu gəmilərin keçidinə icazə verib və hərbi gəmilər Qara dənizdədir”.
M.Əsədullazadə vurğulayıb ki, Donbassda müharibə baş verəcəksə, 1-ci Donbas müharibəsindən fərliq ola bilər: “Hər iki ölkə 100 mindən artıq hərbi qüvvələri ilə üz-üzə dayanıb. Bir tərəfdən də ABŞ Ukrayanın yanında olması geopoltik müharibənin olmasına gətirib çıxara bilər. Rusiya Ukraynaya Donbasda suverenliyinin bərpasına imkan verməsi mümkün görünmür. Müharibə başlayacaqsa, Rusiya Donetsk və Luqanskı öz ərazisinə qatacaq. Azərbaycan Donbass müharibəsində Ukraynaya tam siyasi dəstəyini ifadə etməlidir. Həmçinin Krım platfomasında xarici işlər naziri səviyyəsində mütləq iştirak etmək lazımdır. Çünki Türkiyə prezidenti belə bir platformada iştirak edəcək və Türkiyə ilə birgə bu məsələdə yekdil olmalıyıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB