Ərdoğanla görüşdə baş verənlərin günahını Aİ rəsmilərində axtarın - Der Spiegel
Avropa İttifaqının (Aİ) Komissiya sədri Ursula von der Leyenin və Avropa İttifaqı Şurasının sədri Çarlz Mişelin Türkiyəyə səfəri qalmaqalla yadda qalıb. SİA-nın verdiyi məlumata görə, Aİ-nin hər iki rəsmisi eyni vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulunda olublar. Amma...

Məsələ burasındadır ki, kadrlardan göründüyü kimi, qəbul zamanı Çarlz Mişel Ərdoğanla tələsik görüşüb Prezidentin yanında qoyulmuş masada öz yerini alır. Ursula von der Leyen isə masa olmadığı üçün ayaq üstə qalmalı olur, çaşqınlıq Türkiyə Prezidentinə də sirayət edir. Çox güman ki, Ərdoğan bu görüşdə Ursula von der Leyenin iştirak edəcəyini gözləmirdi...

Bəzi Avropa mətbuatı günahı Türkiyə tərəfinin üstünə atmaq, Ankaranı protokol qaydalarını pozmaqda suçlamaq istəsə də bu cəhd alınmayıb. Avropa mətbuatı bəzi gizlinləri, hadisənin baş verməsinin günahkarını üzə çıxarıblar. Almaniyanın "Der Spiegel" jurnalının veb saytında yer alan "AB dünya səhnəsini özünü nə qədər gülünc bir şəkildə aşağılayır" yazısında "AB Komissiyasının sədri Ursula von der Leyen Türkiyəni ziyarəti zamanı böyük qalmaqalla üzləşdi. Səhv edən ev sahibi Ərdoğan deyil, Aİ Şurasının sədri Çarlz Mişel idi", qeydlər yer alıb. Protokol hadisəsinin bir fiyasko olaraq xarakterizə edən jurnal buna səbəb kimi Mişel və Leyen arasındakı yaşanan anlaşılmazlığı göstərir.

Qeyd edilir ki, əslində hər iki Aİ rəsmisi arasında yaşananların tarixi bir az dərinə gedir, bu qarşıdurmanın səbəbini isə onların özlərindən başqa heç kim təfsilatı ilə bilmir. Sadəcə qalmaqalın işartıları zaman-zaman özünü göstərir. Aİ sammitlərə ev sahibliyi edərkən Mişeldən çox Leyen tədbirə rəhbərlik, təşkilatçılıq etmək istəyir. Təbii ki, qarşı tərəf buna biganə qalmaq istəmir və "dişini" göstərir.

Jurnalın yazdığı kimi, Türkiyə tərəfi tərəflər arasında yaşanan qarşıdurmanın temperaturunu aşağı salmaq üçün hər iki Aİ rəsmisini eyni vaxtda nahara dəvət edilib. Buna baxmayaraq tərəflər özlərinə süfrə başında da hakim ola bilməyiblər. Belə ki, Leyenin məsləhətçisi Türkiyə tərəfinə masada Ərdoğanla Çarlz Mişelə ayrılan yerin daha böyük olduğu iradını bildirib və bu məsələyə də əncam çəkilib, Ursulaya da böyük masa verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB