İƏT-ə üzv ölkələrin saytında Prezident İlham Əliyevin qurumun Baş katibini təltif etməsi barədə material yayımlanıb

İƏT-ə üzv ölkələrin saytında Prezident İlham Əliyevin qurumun Baş katibini təltif etməsi barədə material yayımlanıb

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında Azərbaycan Prezidenti İlham Əliyevin İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Osayminə “Dostluq” ordeni təqdim etməsi barədə material yayımlanıb.

SİA-nın məlumatına görə, saytın xəbərində İƏT-in Baş katibinin bu mükafata Azərbaycanla təşkilat arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə layiq görüldüyü bildirilir. Qeyd olunur ki, Yusif bin Əhməd əl-Osaymin Azərbaycanın dövlət başçısını torpaqların işğaldan azad edilməsi və böyük Qələbə münasibətilə təbrik edib. O deyib ki, bu bizi çox sevindirir və sizinlə birlikdə, bizim də Qələbəmizdir.

Xəbərdə İƏT-in Baş katibinin Azərbaycanın xarici işlər naziri ilə görüş və birgə mətbuat konfransı keçirdiyi də diqqətə çatdırılıb.

İƏT-in Baş katibinin Azərbaycan Prezidenti tərəfindən qəbul edilməsi və Bakıda keçirdiyi görüşlər barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi də materiallar yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə