Sevak Akopyan: “Əsirləri Rusiya qaytarır, hakimiyyət isə öz piarını aparır” İTTİHAM
“Nikol Paşinyan aprelin 7-də əsirlərin geri qaytarılmasını xahiş etdi. Biz ilk dəfə gördük ki, Nikol Putindən əsirlərin geri qaytarılması üçün birbaşa kömək istəyir”. SİA xəbər verir ki, bunu “Qısa danışarsaq” verlişinin aparıcısı Sevak Akopyan deyib. “Onlar bizə artıq 5 aydır ki, məsələ ilə bağlı maraqlandırdıqlarını deyirlər və bildirirlər ki, mitinqlər keçirməyə ehtiyac yoxdur, məsələ bu gün-sabah həll ediləcək”, deyən Akopyan onu da qeyd edib ki, Ermənistana qaytarılan 70 əsir Rusiyanın dəstəyi ilə ölkələrinə geri dönüblər. “Lakin buna baxmayaraq, Araik Arutyunyan və Nikol Paşinyan və Avinyan Tiko yalnız özlərini reklam ediblər”, verilişdə deyilir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB