REAL funksioneri: “Xalq Cəbhəsinin gənclər təşkilatının gəncləri atama qədər söyüblər, təhqir ediblər, əlimdə sübutlar var”
REAL partiyasının icraçı katibi Natiq Cəfərli “Milli Şura”nın kordinasiya mərkəzinin üzvü, Müsavat partiyasını təmsil etməsinə baxmayaraq, daha çox AXCP sədri Əli Kərimlinin yanında dolaşan Tofiq Yaqublu ilə müxalifətin sosial şəbəkə vasitəsi ilə yayımladığı “Azad söz” kanalında debata çıxıb. SİA xəbər verir ki, REAL funksioneri bu dəfə mövzunu söyüşlərə yönəldərək, “Milli Şura”, AXCP üzvlərinin, xüsusilə gənclər təşkilatının təhqirli rəylər yazdıqlarını bildirib, hətta özünün, ailə üzvlərinin də söyüşlərin hədəfinə tuş gəldiyini deyib.
“İstənilən yazdığınız statusların hər birində təhqirin biri-bir qəpikdir. “Milli Şura”nın paylaşdığı videoları da bunu göstərir. Bu gün mənə scrren shot-ları göndəriblər”, deyən Natiq Cəfərli həmçinin Tofiq Yaqubluya xitabən bildirib ki, hələ də onun hansı siyasi təşkilatın üzvü olduğunu müəyyən edə bilmir.
“Bilmirəm ki, “Milli Şura”nın üzvüsünüz, yoxsa Müsavatın”
“Düzü heç bilmirəm siz “Milli Şura”d daha çoxsunuz, yoxsa Müsavat partiyasında. Ona görə də bilmirəm sizə necə müraciət edim. Müsavat partiyası ilə bizim belə problemimiz yoxdur”, REAL-ın icraçı katibi deyib.
Natiq Cəfərli bildirib ki, belə devam etmək olmaz: “Xalq Cəbhəsinin gənclər təşkilatının gəncləri atama qədər söyüblər, təhqir ediblər, əlimdə sübutlar var, scrren shot-ları göndərə bilərəm”.
Maraqlı məqam isə budur ki, debat zamanı REAL-çı funksionerin əsaslı ittiham və iradlarına baxmayaraq, Tofiq Yaqublu “qoy olsun” deyərək, söyüş və təhqirlərin tərəfdarı olduğunu gizlətməyib. Bu cür düşüncə isə onun və təmsil olunduğu sözdə müxalifət cinahının əslində heç bir normal düşüncəyə, davranışa sahib olmadıqlarını, tərbiyəsizliklərini bir daha isbatlamış olur.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB