Bu gün Türkiyə səfirliyində Akif Abbasovun "Samsundan başlanan yol" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın xəbərinə görə, təqdimat mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Türkiyə və Azərbaycanın tarixi boyu qardaşlıq əlaqələrinə toxunub. Səfir kitabın ərsəyə gələməsində müəllifə öz minnətdarlığını bildirib. Daha sonra çıxış edən kitabın müəllifi Akif Abbasov bildirib ki, roman təsadüfən "Samsundan başlana yol" adlanmır: "Belə ki, Atatürk 1919-ci ilin mayın 16-da Anadoluya getmək üçün gəmi ilə İstanbuldan yola düşüb və mayın 19-da Samsuna çatıb. Buradan da milli-azadlıq hərəkatına başlanılıb. Eyni zamanda kitabda "Samsundan başlanan yol" və "Atatürk" pyesi daxil edilib".
Onun sözlərinə görə, istər romanda, istərsə də pyesdə dahi şəxsiyyət Türkiyə respublikasının ilk prezidenti Mustafa Kamal Atatürkün həyat fəaliyyətindən, onun başçılığı altında aparılan milli azadlıq hərəkatlından, müstəqil və azad Türkiyə uğrunda xarici və daxili düşmənlərə qarşı mübarizəsindən və müharibəsindən söz açılır.
Daha sonra tədbir iştirakçıları kitab haqqında öz fikirlərini bölüşüblər. Qeyd edək ki, müəllif bədii yaradıcılıq məhsulunda milli ordu quruculuğu məsələlərini, 1 və 2-ci İnönü döyüşlərini, Sakarya Meydan müharibəsini, Böyük türk hücumu, İzmirin yunanlardan azad olunması kimi məsələləri təsvir edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB