Koçaryan yeni bir iddia qaldırıb Paşinyana qarşı

Koçaryan yeni bir iddia qaldırıb Paşinyana qarşı

Robert Koçaryan İrəvanın ümumi yurisdiksiyası məhkəməsində Nikol Paşinyana qarşı yeni bir iddia qaldırıb. SİA xəbər verir ki, bu barədə DataLex məhkəmə məlumat saytı məlumat yayıb.
Məlumata görə, ikinci prezident iddiaçının ədalətli mühakimə etmə hüququnun pozulduğunun təsdiqini tələb edir. Bu hüququn pozulması nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsini və böhtana görə maddi təzminat istəyir.
Xatırladaq ki, 26 martda Konstitusiya Məhkəməsi Robert Koçaryana qarşı ittiham olunan Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1-ci maddəsini (konstitusiya quruluşunu devirmək) Konstitusiyaya zidd və etibarsız elan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə