Əli Kərimli Elçibəyi aldadaraq 2 milyon dolları necə mənimsəyib? - VİDEO + FAKT
Cümşüd Nuriyev: "Bu pul Türkiyənin Yapı Kredi bankından ötürülmüşdü İngiltərədəki Loyd banka"
AXCP sədri Əli Kərimlinin özünü cəmiyyət arasında, xüsusilə partiyadaşları qarşısında "aydan arı, sudan duru" qismində təqdim etməklə, eyni zamanda, "süddən çıxan ağ qaşıq" kimi davranması, əslində, onun heç də belə bir adam olduğunu sübuta yetirmir. Əslinə qalanda, bu ünsürün barəsində mövcud olan onlarla dələduzluqların, maxinatorluq faktlarının bu gün də ortada olması kimsəyə sirr deyil. Lakin belə faktlar demək olar ki, zaman-zaman daha da artır və bir daha isbat edir ki, Əli Kərimli nəinki təmiz insan deyil, həm də şəxsi maraqlarına görə güvən qazandığı insanların da kürəklərindən xəncər saplamağa qadirdir. O ki qala dövlət maraqlarına – bu adam dövlət katibi olarkən həmin prinsiplərə qarşı da xəyanət edərək, büdcəyə gələn maliyyə vəsaitlərini OĞURLAMAQLA (!!!) məşğul olub. Bunu isə biz deyil, zamanında AXC sıralarında yer alan və aparıcı funksionerlərdən biri kimi tanınan şəxs – hazırda politoloq kimi fəaliyyət göstərən Cümşüd Nuriyev təsdiq edir. SİA xəbər verir ki, onun televiziyada verdiyi şok açıqlaması isə, həqiqətən də, Əli Kərimlinin kim olduğu məsələsini bütün çılpaqlığı ilə açığa çıxarır.
"Marqaret Tetçer Azərbaycana səfər edərkən, özü ilə birlikdə 30 milyonluq bonus gətirmişdi və bu bonus birbaşa Əbülfəz Əliyevin (Elçibəyin) adında idi"
Cümşüd Nuriyev qeyd edir ki, AXCP iqtidarı dövründə Böyük Britaniyanın baş naziri Marqaret Tetçer Azərbaycana səfər edərkən, özü ilə birlikdə 30 milyonluq bonus gətirmişdi və bu bonus birbaşa Əbülfəz Əliyevin (Elçibəyin) adında idi. "Həmin pul Türkiyədə banka qoyulmuşdu və biz Türkiyəyə gedərək, bankla əlaqəyə girdik. Pulun 13 milyonunu bərpa edə bildik. 17 milyon isə pul itmişdi", deyən Cümşüd Nuriyev qeyd edib ki, orada başqa bir məsələ də ortaya çıxdı.
"Məlum oldu ki, Elçibəyi aldadan Əli Kərimlidir, ona qol çəkdirib, iki milyon dolları aldadaraq öz hesabına keçirib"
O, davam edib: "Xalq Cəbhəsi niyə dağıldısa onun məsələsini açıqlayım. Çünki camaat bunu bilmir. Məlum oldu ki, Elçibəyi aldadan Əli Kərimlidir, ona qol çəkdirib, iki milyon dolları aldadaraq öz hesabına keçirib. Bu pul Türkiyənin Yapı Kredi bankından ötürülmüşdü İngiltərədəki Loyd banka. O transferlərin də kağızlarını biz gətirdik və Xalq Cəbhəsi biləndən sonra ki, pulun 2 milyonunu bu (Əli Kərimli) götürüb, bir günün içində param-parça dağıldı".
Maraqlıdır ki, bu kimi danılmaz faktların ictimailəşdirilməsindən sonra da özünü AXCP-nin sədri kimi zorla ictimai rəyə sırıyan Əli Kərimli utanmadan, qızarmadan öz oğurluqlarını, dələduzluqlarını gizlətdiyini sanaraq hakimiyyətə qarşı yersiz, sübutsuz, yalançı və böhtançı iddiaları ilə çıxışlar edir, sosial şəbəkələrdə, eləcə də xaricdə Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən satılmış, xəyanətkar sosial şəbəkə kanallarında "başbilənlik" roluna girir. Halbuki, demə OĞRUNUN ən böyüyü, ən təhlükəlisi və satqının da əsas "siması" elə Əli Kərimlinin özü imiş. Sadəcə, o unudur ki, dövlət vəsaitini şəxsi malı kimi mənimsəməklə, eləcə də dövlət başçısını (Əbülfəz Elçibəyi) aldadaraq ona imza artırmaqla böyuk bir cinayət törədib. İndi belə bir sual yaranır – görəsən, dövlət vəsaitini mənimsədiyi üçün ona qarşı cinayət işi qaldırılacaqmı? Gözləyərik və görərik...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB