Erməni vandalizmi: azərbaycanlılara qarşı ermənilərin cinayəti TƏHLİL

Erməni vandalizmi: azərbaycanlılara qarşı ermənilərin cinayəti TƏHLİL

Prezident İlham Əliyev: “Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət”

“Baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət. Ümumiyyətlə, müharibənin necə aparılması barədə anlayışları yoxdur”,-deyən Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə verdiyi müsahibəsində bildirib. Dövlət başçısı deyib ki, bu alçaqlar həmişə saxta, yalançı, mənəviyyatsız olub: “Hətta atəşkəsin Ermənistan tərəfindən pozulması aydın olduqda belə. Moskvada atəşkəs əldə olunmasından heç bir gün keçməmiş onlar Gəncəyə zərbə endirdilər. İndi də, Vaşinqtonda atəşkəs razılaşdırıldıqdan bir gün sonra, özü də bunun üçün onlar yalvarırdılar. Axı, atəşkəs barədə yalvaran onlar idi. Moskvada da, indi də Fransa tərəfinin fəaliyyəti nəticəsində əldə edilmiş atəşkəs pozulub. Bir gün keçmədi, onlar Bərdəni atəşə tutdular. Buna qədər isə onlar Tərtərdə dəfn mərasimini atəşə tutmuşdular. Orada 4 nəfər həlak olmuşdu. Bu, qeyri-insani əməllər onu göstərir ki, baxın, görün, biz kiminlə vuruşmağa məcburuq. Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət”.

Bəli, dövlət başçımızın dediyi kimi: “Onlar üçün nə əxlaq normaları var, nə şərəf, nə ləyaqət”.

Rəzil millət...

Doğrudan da, erməni millləti çox bədbəxt, rəzil millətdir və bu gün belə bir millətlə qonşu olmaq Azərbaycan xalqının taleyində çox acı yaralar açmışdır. Soyqırım, deportasiya və işğal siyasəti “haylar”ın ideologiyasının ana xəttini təşkil edir. Zaman-zaman türk-müsəlmanlara qarşı dəfələrlə qırğın siyasəti yürüdərək, “yersiz gəldi yerli qaç” ifadəsinin bariz nümunəsi kimi Qafqazda bir metr ərazisi olmayan erməni deyilən kiçik bir etnik qrup bu gün dənizdən dənizə “Böyük Ermənistan” yaratmaq iddası ilə bütün dünya ictimaiyyətini bu yalana inandırmağa çalışır. 1992-ci ildə Xocalı kimi bütöv bir şəhəri yer üzündən silməyi, dünya tarixində görünməyən bir vəhşiliklər törətməsi erməni xislətinin əsl mahiyyətinin təzahürü idi. BMT-nin və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barəsində qəbul etdyi bütün qərarlara məhəl qoymuyan erməni vandalları əhalini öldürməklə ürəkləri soyumur, müqəddəs ibadətgahlarımızı, məscidlərimizi, mədəniyyət və tarixi memarlıq abidələrimizi terrora məruz qoymuşdular. Buna bariz nümunə üçün qədim və tarixi şəhərimiz olan Ağdamı, Füzulini, Şuşamızı, Kəlbəcərimizi, Qubadlımızı, Zəngilanımızı... və digər rayonlarımızı.

Ermənilər haqqında V.Veliçkonun yaxşı bir sözü var: “Mənəvi təməllərin qarajısayağı dilənçiliklə ələ keçirilməsi, ədəbazlıq və abırsızlıq - erməni siyasətinin müttəfiqləridir. Bu, tam bir siyasətdir, özü də hədə-qorxu ilə bağlı”.

Erməni vandalizmi unudulmayacaq...

Ulu Öndər Heydər Əliyev demişdir: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəziyədir”.Bu gün xalqımız dövlətimiz erməni vandalizminin əmələrini dünyay çatdırıb və çatdırmaqdadır. 27 sentyabr- səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribatı və törətdiyi terrorçuluq siyasətini, vandallığını bütün dünya gördü və onun da şahidi oldu ki...

Haqq yalan üzərində qalib gəldi

Doğrudur, bu təxribatlar nəticəsində itkilərimiz olsa da, haqq yalanlar üzərində qalib gəldi. Azərbaycan düşmənə yerini göstərdi. Azərbaycan Prezidenti xalqa müraciətində dediyi kimi: “Azərbaycan Ordusunun gücü ilə Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı”. Müraciətdə bildirilir ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi Azərbaycvn torpaqlarınnı işğalına nail olmaq idi: “Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikrini yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır”. Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuz və Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində ermənilərə yaxşı bir tarixi dərs vermişdir. İşğaldan azad olunan bütün Azərbaycan torpaqlarında şanlı üçrəngli bayrağımız dalğalanaraq mənfur düşmənə göz dağı vermişdir. 10 noyabr 2020-ci il tarixdə Ermənistan məğlub olduğunu rəsmən elan edərək Azərbaycan qarşısında diz çökərək təslimçi sülh bağlamışdır. Bütün dünya işğaldan azad olunmuş ərazilərimizdə ermənilərin azərbaycanlılara məxsus olan bütöv şəhərləri, kəndləri, minilliklərlə tarixi olan abidələri, çox sayda məscidləri, mədəniyyət ocaqlarını, şahidi oldu. Bir daha şahid oldu ki, dünya müharibələri tarixində buna bənzər vəhşilik görülməyibdir. Belə ki, bütün ərazilərimizə minalar qoyulması və minaların yerləşdirilməsi ilə bağlı xəritənin təqdim edilməməsi də bir daha erməni vandalizmini təsdiqləyən amildir. Çünki bunun nəticəsində çoxsaylı mülki əhalimiz həlak olur. Bir sözlə, şovonizm, soyqırım, işğalçılıq və vandalizm Ermənistanın dövlət siyasətidir. Ancaq quduzlaşmış Ermənistn anlamalıdır ki, tezliklə tarixi Azərbaycan torpağı olan Zəngəzur dəhlizi vasitəsilə bütün türk dünyası birləşəcək. Bu nəqliyyat dəhlizinin çox böyük əhəmiyyəti Azərbaycanı regionda daha da güclü və qüdrətli dövlətə çevrəcəkdir.

Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 16 mart tarixində Şuşa şəhərinə səfəri tarixi hadisələrdəndir. Ona görə ki, milli və sevimli bayram, Novruz bayramı günlərində baş tutan bu səfər xalqımızın qan yaddaşında iz salan ənələrimizin bu gözəl torpaqda reallaşmasına imkan yaratdı. 30 ilə yaxın bir dövrdən sonra gözəl Şuşamız Novruz sevincini yaşadı. Bayram tonqalının şöləsi ucalara qalxdı. Dövlətimizin başçısının qələbə sevincini birə min artıran bayram əhval ruhiyyəsi insanların ovqatını da rövnəqləndirdi. Azərbaycanın qədim yaşayış məskənlərindəm olan Şuşadakı tarixi abidələr sübut edir ki, Azərbaycan xalqının zəngin və dəyərli tarixi var. Buna misal olaraq Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi sarayı göstərmək olar. Erməni vandalları işğal zamanı bu tarixi binanı da dağıdıblar.

Düşmən torpaqlarımızı zəbt edib, insanları qovub, tarixi abidələrimizi dağıdıb, söküb, vandallıq edib, barbarlıq edib. Dəhşətli burasıdır ki, onlar işğal zamanı Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksini də dağıdıblar. Şuşa Dövlət Rəsm Qalereyasının binası, Qarabağ xalçaçılıq sənəti ənənələrinin öyrənilməsi, qorunması və yaşadılması məqsədilə yaradılan Şuşa Xalça Muzeyi də ciddi ziyan görüb. Heç bir tarixi keçmişi olmayan, lakin böyük xülyalarla işğalçılıq əməliyyatları edən, əlbəttə ki, öz himayədarlarının köməkliyi ilə, insanları öldürən, talançılıq edən və bundan sonra başqasının torpaqlarını da darmadağın edərək özünə “tarixi keçmiş”, “abidələr” yaratmağa çalışan məkrli düşmənin istəyi baş tutmadı. 30 ilə yaxın dövrdən sonra Azərbaycan Ordusu, şücaətli əsgərlərimiz düşməni məhv edərək torpaqlarımızı azad etdilər. İllər boyu haray çəkən torpaqlarımız düşmən əsarətindən azad olunduqdan sonra, yurdumuzun ərazi bütövlüyü təmin edildikdən sonra insanlar elə bil ki, dərindən nəfəs ala bildilər.

Erkan Özoral: “Cəbrayılda gördüklərimiz insanlıqdan kənardır, əsl vəhşilikdir”

“Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır”. Bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.“Şəhəri yerlə bir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir”, - deyə Erkan Özoral qeyd edib.

Branko Zebic: “Cəbrayılda belə bir mənzərəni görmək, doğrudan da, çox ağrılıdır”

“Cəbrayılda belə bir mənzərəni görmək, doğrudan, da çox ağrılıdır”,deyən Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.Səfir bildirib ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılı bir səhnədir: “Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq”.

Reza Deqati: “Ermənilər qəbiristanlıqdakı bütün qəbirləri ekskavatorla qazaraq qızıl axtarıblar”

“Cəbrayıl şəhərində bir dənə də olsun salamat ev qalmayıb. Bu, bir dəhşətdir”. Bunu dünya şöhrətli fotoqraf Reza Deqati xarici diplomatlar və hərbi attaşeləri Cəbrayıl şəhərindəki qəbiristanlıqdakı vəziyyətlə bağlı məlumatlandırarkən deyib. O vurğulayıb ki, ermənilər bütün qəbirləri dağıdıblar: “Ermənilər qəbiristanlıqdakı bütün qəbirləri ekskavatorla qazaraq qızıl axtarıblar. Hesab edirəm ki, bu insanlığa və bəşəriyyətə qarşı bir cinayətdir. Mən Birinci Qarabağ müharibəsi zamanında da burada olmuşam. Ancaq indi gördüyüm hər şey məni dəhşətə gətirir. Çünki mən nə qədər hərbi münaqişə zonalarında olmuşam və heç yerdə belə dəhşətli mənzərə görməmişəm”. Qeyd edək ki, dünyada tanınmış rəssam Reza Deqqəti bildirib ki, son 30 ildə Dağlıq Qarabağ münaqişəsinə, erməni işğalına dair şəkillər çəkir: “Qarabağda müharibə yenidən başlayan kimi mən təkrar Azərbaycana gəldim. İndiyədək dünyanın müxtəlif münaqişə bölgələrində olmuşam. Amma buradakı kimi dəhşəti az görmüşəm. İşğal edilmiş ərazilərdə ermənilər tərəfindən insanlığa qarşı cinayət törədilib. Qəbirlər ekskovatorla qazılıb, sümüklər çıxarılıb. Ermənilər o qədər qəddardırlar ki, cəsədlərin çıxarılmasından ləzzət alıb, qızıl dişlər axtarıblar”. Qeyd edək ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri əvvəlcə Cocuq Mərcanlı kəndində olublar. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər barədə ümumi məlumat verib, həmçinin Cocuq Mərcanlının qayıdış rəmzi olduğunu bildirib. H.Hacıyev qeyd edib ki, “Ermənistan işğal etdiyi torpaqlarda dini yerləri, məscidləri yerlə yeksan edib. Ancaq fəxrlə deyə bilərəm ki, mənim ölkəmdə məscidlər, sinaqoqlar, kilsələr qorunur və yanaşı yerləşir”. O qeyd edib ki, yenidənqurma prosesində bütün dağıdılmış dini abidələr bərpa ediləcək: “Biz Prezidentin dediyi kimi, yenidənqurma işlərində qərarlı və qətiyyətliyik. Bərpa prosesi ilə bağlı artıq layihələr təsdiqlənib”.Bəli, bu gün terrorçu və işğvlçı Ermənistanın barbarlığı, vandallığı heç də təəccüb də doğurmur. Çünki terrorçu Ermənistan bütün dünyada işğalçılıq siyasəti ilə qəbul edilir. Azərbaycan isə həmişə haqq və ədalətin bərpası uğrunda mübarizə aparıb. Məhz sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı İkinci Vətən Müharibəsində Ali Baş Komandanımız, Prezident İlham Əliyev diplomatik siyasəti, Müzəffər Ordumuzun gücü, rəşadətli əsgər və zabitlərimizin şücaəti nəticəsində işğal altında olan torpaqlarımızın həsrətinə noyabrın 10-da son qoyuldu. Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Və Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev dediyi kimi: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.Bəli, biz haqlıyıq, biz zəfər çaldıq, Ermənistan isə kaputulasiya olu. Ali Baş Komandan, ölkə Prezidentinin bildirdiyi kimi: “Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq”.

Bəli, Cənubi Qafqazda terrorçu, işğalçı, barbar dövlət Ermənistan törətdikləri cinayət əməllərinə görə tarix qarşısında tezliklə cavab verəcək.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə