Erməni revanşistləri üstümüzə azyaşlıları göndərəcəklər? FOTOFAKT
Və ya “Hitleryugend”dən “Njdeyugend”ə doğru...
44 günlük Vətən müharibəsindən sonra Ermənistanın siyasi-ictimai dairələrində revanşist qüvvələrin hələ də “yeni müharibə” ətrafında səs-küy salma faktları davam edir. SİA xəbər verir ki, xüsusilə sosial şəbəklərdə və bir sıra infiormasiya resurslarında faşizm ideologiyasının təbliği ətrafında fikirlər ictimailəşdirilir. Belə ki, “HAYASA” sosial şəbəkə seqmentində üzə çıxan növbəti akt da bunu sübut edir, lakin bununla yanaşı, istehza doğurur. Məsələ ondadır ki, hələ müharibədən əvvəl könüllü dəstələri yığılarkən, qadınlardan ibarət batalyonlar yaradıb, guya Azərbaycana qarşı savaşacaqlarını iddia edənlər bu dəfə erməni azyaşlı uşaqlarını necə deyərlər, üstümüzə göndərməyi planlaşdırırlar.
Hitler Almaniyasına nökərçilik etmiş faşist Qaregin Njdenin adına bənzər təşkilat yaratmaq iddiasına düşüblər
Ancaq azyaşlı erməni uşaqlarının toplaşacağı ad məlum olduqdan sonra bu məsələ erməni revanşistlərinin şizofrenik xəstəliyə mübtəla olmaları da fakt olaraq sübuta yetirilməkdədir. Hələ ikinci dünya müharibəsində Almaniya faşizminin lideri Adolf Hitlerin şəninə təşkil edilən “Hitleryugend” – yeniyetmə və azyaşlılardan ibarət hərbi dəstələr müharibənin sonunda sovet qoşunlarına qarşı çıxarılırdı və onlar demək olar ki, açıq-aşkar ət maşınının ağzına verilirdilər.
İndi isə erməni revanşistlər məhz Hitler Almaniyasına nökərçilik etmiş faşist Qaregin Njdenin adına bənzər təşkilat yaratmaq iddiasına düşüblər. Adını isə “Njdeyugend” qoymağı planlaşdırıblar. Bu kimi acı və düşündürücü reallıq isə ortaya daha bir faktı çıxarır – məhz belələrinin hesabına erməni xalqı zəhərlənir və məhvə doğru sürükləndirilir. Hər halda, mövcud məsələ bir sıra ermənilərin hələ də ağıllanmadıqlarını, hətta bundan sonra da ağıllanmayacaqlarını isbat edən gerçəklikdir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB