“Rusiya ABŞ-ın qeyri-dost addımlarına cavab verəcək” Sergey Lavrov
Moskva Vaşinqtonun hər hansı bir dost olmayan hərəkətinə cavab verəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın Rusiyaya qarşı qəbul edə biləcəyi qərarları Qazaxıstanda keçirdiyi mətbuat konfransında Bloomberg məlumatlarını şərh edərkən söyləyib.
"Bunu şərh etmək çətindir. Hər hansı bir qeyri-dost addımlara sözsüz ki, cavab verəcəyik. Hər hansı bir konkret qərar görənə qədər heç nə elan edilməyib“, deyə Lavrov bildirib.
Xatırladaq ki, bir qədər əvvəl agentlik öz mənbələrinə istinadən, Co Bayden rəhbərliyinin ABŞ-ın Rusiya Federasiyasını ittiham etdiyi haker hücumlarına və seçkilərə müdaxiləyə cavab olaraq rus diplomatlarını qovma və yeni sanksiyalar tətbiq etmə ehtimalını nəzərdən keçirdiyini qeyd edib. Ümumiyyətlə, son zamanlar ABŞ-Rusiya münasibətlərində gərginliyin daha da artdığı müşahidə edilir. Görünür, vəziyyət heç də qənaətbəxs sayılmır və Rusiya tərəfi də bu fonda öz adekvat münasibətini gizlətmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB