Hulusi Kılıç: “Türkiyənin xarici işlər naziri dəfələrlə bütün istiqamətlərdə Azərbaycanla bağlı mövqeyini bildirib” - EKSKLÜZİV

Hulusi Kılıç: “Türkiyənin xarici işlər naziri dəfələrlə bütün istiqamətlərdə Azərbaycanla bağlı mövqeyini bildirib” - EKSKLÜZİV

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ötən gün Türkiyənin Kanal D televiziyasında yayımlanan "Şəffaf oda" verilişində "Sarı gəlin" mahnısının erməni musiqisi kimi təqdim olunmasına və ölkənin xarici işlər naziri Əhməd Davudoğlunun bu məsələyə hər hansı bir reaksiya verməməsinə münasibət bildirib. Səfri Hulusi Kılıç SİA-ya verdiyi ekskluziv açıqlamasında bildirib ki, bu məsələ səhv anlaşılıb. O qeyd edib ki, Türkiyənin xarici işlər naziri dəfələrlə bütün istiqamətlərdə Azərbaycanla bağlı mövqeyini bildirib.

İsrail Knessetindəki qondarma erməni soyqırımınını müzakirəyə çıxarılması məsələsinə gəlincə səfir, "Bunu İsrail özü bilər" deyə cavablandırıb.

Qeyd edək ki, Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"i ermənilər illərdir ki, "öz mahnıları" kimi təqdim etməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə