“İrəvandakı aksiyada tutulan qadınlar: "Polis güc tətbiq etdi” Ombudsman
Çərşənbə günü Ermənistan hökumətinin qarşısındakı etiraz aksiyası zamanı tutulan qadınlar, polis məmurlarının onlara nisbətsiz güc tətbiq etdiklərini bildirdilər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan Ombudsmanı Aparatının mesajında deyilir.
Qeyd edək ki, polisin ictimaiyyətlə əlaqələr və məlumat şöbəsinin rəis müavini Edqar Janoyanın daha əvvəl "Novosti-Armenia"-ya bildirdiyinə görə, hökumət binası yaxınlığında həm qadın, həm də kişi olmaqla 15 etirazçı polis idarəsinə gətirilib. Hökumət binası qarşısındakı aksiya zamanı tutulmalarla bağlı mətbuatda yayımlandıqdan sonra ombudsmanın müdaxilə qrupları polis şöbələrini ziyarətə götürüblər, həbs olunanlarla və bəzilərinin vəkilləri ilə söhbət ediblər.
"İnzibati nəzarətə alınan bütün qadınlar qeyd etdilər ki, gətirilməyə məruz qaldıqda, polis onlara qarşı heç bir tələb irəli sürməyib, gətirilmələrinin səbəblərini göstərməyiblər", deyə mesajda qeyd olunur.
Məlumata görə, vətəndaşlar ombudsmanın nümayəndələri ilə görüş zamanı bildiriblər ki, polisin hərəkətləri onlara qarşı güc tətbiq edilməsi halıdır.
Xatırladaq ki, Analıq və Gözəllik Günü kimi qeyd olunan 7 aprel tarixində, yəni dünən Ermənistan rəhbərliyinə qarşı etiraz aksiyası "VETO" ictimai-siyasi hərəkatının üzvləri olan erməni qadınlar tərəfindən təşkil edilib. Aksiya Aznavour meydanından yürüşlə başlayıb, bundan sonra iştirakçılar şəhərin mərkəzindəki hökumət binasına çatıblar. Hökumət binası qarşısında vəziyyət daha da pisləşib, qadınlar onlara binaya girmə imkanı vermək çağırışı etdikdən sonra, polisin müdafiə səddini qırmağa, hökumət binasına girməyə çalışıblar, lakin müqavimətlə qarşılaşıblar. Bunun ardınca etirazçılar hökumət binasına yumurta atmağa başlayıblar. Polis də öz növbəsində etirazçıları tabe etməyə çalışıb və bu zaman güc tətbiqi faktı qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB