Ermənistan hökumətinin binasına soxulmağa çalışırlar etirazçı qadınlar

“VETO” ictimai-siyasi hərəkatına üzv olan erməni qadınlar, polisin mühafizə səddini qıraraq hökumət binasına girməyə çalışırlar. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus armenianreport.com saytı məlumat yayıb.
Məlumata görə, Ermənistan hakimiyyət orqanlarına qarşı etiraz aksiyası bu gün qeyd olunan Analıq və Gözəllik Gününə təsadüf edir. Hərəkat Aznavour meydanından başlayıb, bundan sonra iştirakçılar şəhərin mərkəzindəki hökumət binasına çatıblar və indi orada dava başlayıb.
Qeyd olunur ki, polis qüvvələri binanın girişini bağlayaraq sədd qurublar və bunun üçün aksiya iştirakçıları "ar olsun" şüarını səsləndirərək həm səlahiyyətliləri, həm də polisi təhqir edirlər.
Etirazçılar polisə çağırış edirlər ki, dəhlizi açsınlar və onlara binaya girmə imkanı versinlər, əks halda "özləri bunu edəcəklər", deyə bildirirlər. Qadınlar polisin mühafizə səddini qırmağa çalışsalar da, təhlükəsizlik qüvvələri tərəfindən əks təsirə məruz qalırlar. Etirazçılar hökumət binasına yumurta atmağa başlayıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə