Nüvə sazişi üzrə danışıqların perspektivləri İran tərəfinin qiymətləndirməsində
ABŞ dürüstlüyük göstərsə, 4 + 1 formatında nüvə anlaşması mövzusunda danışıqlar aparacağıq. SİA xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani hökumət iclasında deyib.
"Dünən keçirilən iclasla beynəlxalq münasibətlərdə yeni bir səhifə açdım, əgər Amerika dürüstlüyük göstərsə, o zaman 4 + 1 formatında danışıqlar apara bilərik", deyə Ruhani bəyan edib.
İran Prezidenti həmçinin əlavə edib ki, çərşənbə axşamı günü Vyanada keçirilən görüşdən sonra beynəlxalq münasibətlərdə və nüvə anlaşması tarixində yeni bir mərhələ başlayıb.
Xatırladaq ki, ABŞ-ın nüvə silahı ilə əlaqədar İrana qarşı sanksiyaları davam etdirməsinə qarşı adekvat addımlar atılacağı barədə İran tərəfi də öz mövqeyini bir müddət öncə bildirmişdi. Ümumiyyətlə, İran Amerika Birləşmiş Ştatlarının sanksiyalar barədə yanaşmalarını rədd etdiyi çoxdandır bəllidir. Tərəflər arasında mübahisəli məsələlər də dünya ictimaiyyəti üçün sirr deyil. Görünür, İran tərəfi, ölkə prezidenti Həsən Ruhani ABŞ-ın dürüstlük göstərəcəyi təqdirdə müəyyən danışıqlar apara biləcəyinə ümid edir və əbəs yerə deyil ki, Vyanada keçirilən görüşdən sonra beynəlxalq münasibətlərdə və nüvə anlaşması tarixində yeni bir mərhələnın başlayacağı düşünülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB