Politoloq: “Prezidentlərin görüş qabağı Ermənistan tərəfindən sərt bəyanatların səsləndirilməsi onların bu görüşdə də qeyri-konstruktiv mövqe tutacaqğını göstərir”

Politoloq: “Prezidentlərin görüş qabağı Ermənistan tərəfindən sərt bəyanatların səsləndirilməsi onların bu görüşdə də qeyri-konstruktiv mövqe tutacaqğını göstərir”

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşü qabağı düşmən ölkə rəsmiləri tərəfindən Azərbaycana qarşı sərt bəyanatlar səsləndirməsi Ermənistanın bu görüşdə də qeyri-konstruktiv mövqe tutacağını göstərir. Bu sözləri politoloq Qabil Hüseynli SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, Ermənistan təkcə sərt bəyanatlar verməklə kifayətlənmir, onlar həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasını Yerevanda keçirməklə Azərbaycanı hədələyir.

Onu sözlərinə görə, Azərbaycanın yeni miqyaslı hərbi təlimlər keçirməsindən narahat olan Ermənistan bir növ bu vasitələrlə ölkəmizi qorxutmaq niyyətindədir.

Q.Hüseynli vurğulayıb ki, bu da bir daha onu sübüt edir ki, ermənilər danışıqlarda konstruktiv mövqe tutmağa hazır deyil, növbəti görüşdə yenə də danışıqları pozacaq, qəbul edilməz iddiaları müzakirəyə çıxaracaqlar.

Azərbaycanın müharibəyə hazırlaşdığını görən Ermənistanın indi də KTMT-nı siyasi dövriyyəyə atdığını deyən politoloq son dövrlər KTMT onun səlahiyyətinə uyğun olmayan bəyanatlar verdiyini də dilə gətirib: "Təşkilatın baş katibinin misal çəkdiyi nizamnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir müddəa yoxdur. Əgər müharibə başlayarsa belə, bu təşkilatın keçirilən əməliyyatlara müdaxilə etmək üçün heç bir əsası yoxdur. Ona görə ki, Azərbaycan azdetmə əməliyyatını Ermənistanın ərazisində deyil, öz ərazilərində həyata keçirmək niyyətindədir. Bizi narahat edən məsələlərdən biri də Rusiyanın cığal mövqeyidir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını ifadə etsə də, lakin bunun uğrunda mübarizəyə başladıqda ölkəmizə dur deməyə çalışır. Bütün bunlar riyakarlıq, ikiüzlülük, eyni zamanda suveren ölkənin daxili işlərinə müdaxilədir. Amma bütühn bunlara baxmayaraq Azərbaycan bunun çıxış yolunu tapacaq, bu işlərin Rusiya və ya Ermənistanın istədiyi kimi cərəyan etməsinə imkan verməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə