Amerikalı sahibkar İlon Maskın kapitalı, elektrikli avtomobil istehsalçısı Teslanın səhmlərindəki artım fonunda bir gündə 6 milyard dollar böyüyüb. SİA xəbər verir ki, bunu “Forbes Real-Time” reytinqinin məlumatları da sübut edir.
Maskın sərvəti hazırda 169,8 milyard dollardır. Hazırda Tesla və SpaceX-in rəhbəri, kapitalı 188,6 milyard dollar olan Amazon qurucusu Jeff Bezos-un arxasında ən zəngin insanlar siyahısında ikinci sırada yer alır.
Qeyd edək ki, Maskın sərvətinin böyük bir hissəsi Tesla paketindən gəlir. Şirkətin səhmlərinin 21 faizi ona məxsusdur.
Xatırladaq ki, bir qədər əvvəl Tesla-nın kapitalizasiyasının səhmlərin ucuzlaşması səbəbindən təxminən üçdə biri qədər azaldığı bildirilmişdi. Bundan sonra Tesla-nın səhmləri 4.4% bahalaşaraq 691.05 dollara yüksəlib, ilkin ticarətdə isə artım 8%-ə çatıb. Ötən cümə, şirkət illik istehsalını və tədarükünü təxminən iki dəfə artırdığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB