İşxan Verdyan: “Bunu bizim sizinlə ümumi düşmənlərimiz edirlər”
Yəqin ki, çoxlarımız Facebook sosial şəbəkəsində hətta heç bir milli, dini, irqi məna kəsb etməyən, bu məqsədi daşımayan paylaşımlarımıza görə uzunmmüddətli bloklanmaya məruz qalmışıq. Lakin erməni sosial şəbəkə istifadəçilərinin azərbaycanlılara və türklərə qarşı təhqir, irqçi, şovinist və düşmənçilik çağırışlarına məhəl qoyulmaması, hətta edilən şikayətlərə rəğmən bəlli şərhlərin, paylaşımların silinməməsi istər-istəməz belə bir qənaətə gəlməyə zəmin yaradır ki, Facebook açıq-aşkar bu maraqlara xidmət edir, üstəlik sözügedən maraqların ictimailəşdirilməsində rol oynayır.
Facebook administrasiyası ermənilərin şovinist yazılarına görə edilən şikayətlərə reaksiya göstərmir
SİA xəbər verir ki, bir sıra ultramillətçi, faşizm və terrorçuluq məqsədi güdən erməni sosial şəbəkə istifadəçilərinin hücumlarına məruz qalan, eləcə də Azərbaycan və Türkiyə ilə münasbətlərin hərtərəfli normallaşmasında maraqlı göründüyünə görə məhz ermənilər tərəfindən ölümlə təhdid edilən digər erməni – İşxan Verdyan maraqlı paylaşım edərək, Facebook sosial şəbəkəsini ittiham edib. O öz səhifəsində yazıb ki, ermənilərin feysbuk səhifələrində yeni avatar üzə çıxıb və orada erməni dilində “türk mənim düşmənimdir” ifadəsi yazılıb. SİTAT: “Administrasiya şikayətlərə reaksiya göstərmir, o (avatar-red.) yoxlanılıb və heç bir pozuntu qeydə almayıb. Nə baş verir, cənablar? Feysbuk şovinizmin təbliğatında açıq meydana çevrilir? Bunu necə anlayaq? Məgər feysbukun Türkiyədən olan istifadəçiləri yoxdurmu?”.
İşxan Saqatelyan Serj Sarqsyanla Robert Koçaryanın Azərbaycana ekstradisiyaları və cəzalandırılmaları üçün müraciət etmişdi
Şərhində P.S. qoyun İşxan Verdyan əlavə edib: “Əziz dostlar, xahiş edirəm bunu məhz olduğu kimi qəbul edin. Buraya Ermənistan xalqının heç bir aidiyyatı yoxdur, bunu bizim sizinlə ümumi düşmənlərimiz edirlər”.
Xatırladaq ki, Ermənistanın sosial şəbəkə fəalı kimi tanınan İşxan Verdyan bir müddət əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyevə yazılı müraciət edərək xahiş etmişdi ki, iki Azərbaycan vətəndaşı – Serj Sarqsyanın və Robert Koçaryanın Ermənistandan ekstradisiyaları ilə bağlı qərar qəbul etsin. Belə ki, bu adamlar həm ermənilərin, həm də azərbaycanlıların qanlarının tökülməsində əsas günahlarlardırlar və Azərbaycan vətəndaşları olaraq onlar bu ölkənin qanunları çərçivəsində cəzalandırılmalıdırlar.
Qeyd edək ki, bir sıra iddialara görə, Facebook sosial şəbəkəsinin Qafqaz regionu üzrə administrasiyasında əsas sükan məhz şovinizm siyasətinə dəstək göstərən ermənilərin əlindədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB