Moskva Vaşinqtona xəbərdarlıq etdi ABŞ-ın provokasiyalı davranışına görə
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Moskva və Vaşinqton nümayəndələrinin Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə etdiklərini söyləyib. SİA RenTV-yə istinadən xəbər verir ki, Sergey Ryabkovun açıqlamasını TASS yayıb.
Qeyd olunur ki, rus diplomatlar, həmkarlarına Kiyevin Ukraynanın şərqindəki təxribatçı davranışın nəticələri barədə xəbərdarlıq ediblər.
“Rusiya Federasiyası və ABŞ nümayəndələri Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər. Moskva, Vaşinqtona Kiyevin Ukraynanın şərqindəki provokatif davranışının nəticələri barədə xəbərdarlıq edir ”, deyə Ryabkov bildirib.
Xatırladaq ki, bir gün əvvəl ABŞ Dövlət Departamentinin nümayəndəsi jurnalistlərə, Vaşinqtonun Ukraynanın şərqindəki vəziyyətlə bağlı Moskva ilə əməkdaşlığa açıq olduğunu söyləyib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Kremlin Ukraynanın ölkənin cənub-şərqində vətəndaş müharibəsi təhlükəsi yaradaraq təxribat xarakterli tədbirlər təşkil edə biləcəyindən narahat olduğunu vurğulayıb.
Onu da diqqətə çatdıraq ki, bir qədər əvvəl Rus diplomatlar Amerika silahlarının ABŞ xaricində yerləşdirilməsini istisna ediblər. Strateji Hücum Silahlarının daha da azaldılması və məhdudlaşdırılmasına dair Tədbirlər haqqında Müqavilənin müddəalarına həmkarlarının diqqətini cəlb ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB