İsrail XİN: “Erməni soyqırımı”na görə, Azərbaycanla münasibətləri korlaya bilmərik”

İsrail XİN: “Erməni soyqırımı”na görə, Azərbaycanla münasibətləri korlaya bilmərik”

Tarixin yüz il əvvəlki mübahisəli hadisələrinə görə müsəlman dünyasındakı əsas strateji tərəfdaşımız olan Azərbaycanla münasibətləri korlaya bilmərik" SİA-nın "İzrus" xəbər portalına istinadən verdiyi məlumata görə, bunu İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon deyib. O, "erməni soyqırımı"nın tanınmasının qeyri-mümkün olduğunu bəyan edib: "Knesset "erməni soyqırımı"nı tanımaz, bunu istəyənlərin ən kiçik şansı belə yoxdur".

O, qeyd edib ki, İsrail Knessetindəki (parlament) "Evimiz - İsrail" fraksiyası uydurma "erməni soyqırımı"nın tanınmasını əngəlləmək üçün bütün gücündən istifadə edəcək: "Bu məsələdə prezident Şimon Peresin də dəstəyini alan xarici işlər naziri Aviqdor Liberman və onun partiya yoldaşları əmindirlər ki, bu tanınma Azərbaycanla strateji əməkdaşlığı təhlükə altında qoya bilər".

Qeyd edək ki, hər il Knessetdə saxta "erməni soyqırımı"nın tanınmasına dair məsələ qaldıran MERETS Partiyası bu il mayın 18-də eyni məsələni bir daha gündəmə gətirib. Parlament bu təklif əsasında məsələni təhsil, mədəniyyət və idman komissiyasına həvalə edib. Komissiyaya "Evimiz - İsrail" fraksiyasının üzvü Aleks Miller sədrlik edir. Eyni zamanda İsrail prezidenti Şimon Peres:"Ermənilərin yəhudilər kimi soyqırıma məruz qaldığını söyləmək mənasızdır. Soyqırım məsələsində ermənilərin yəhudilərlə eyniləşdirilməsi yolverilməzdir"- deyə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə