Ahmet Davudoğlu “Sarı gəlin” mahnısına yeni ad qoyub - VIDEO

Ahmet Davudoğlu “Sarı gəlin” mahnısına yeni ad qoyub - VIDEO

Türkiyənin Kanal D televiziyasında yayımlanan "Şəffaf oda" verilişində xarici işlər naziri Ahmet Davudoğlu qonaq olub.

SİA-nın məlumatına görə, verilişdə əvvəlcə "Ayrılıq" mahnısı ifa edilib. Ardınca isə dostluq və qardaşlıqdan danışan aparıcı "erməniləri də bir yada salaq" deyib. A.Davudoğlu da bu təqdimatla razılaşıb və aparıcının "erməni xalq mahnısı "Sarı gəlin"i dinləyək" təqdimatına təbəssümlə və "məmnuniyyətlə" sözləri ilə cavab verib.

Müğənnini "Sarı gəlin"i oxuyarkən, Türkiyənin xarici işlər naziri də mahnını dodaqaltı zümzümə edib.

Türkiyənin xarici işlər naziri mahnını zümzümə etməklə kifayətlənməyərək bildirib ki, ifanın adı "Sarı gəlin" deyil, "Sara gəlin" olub: "Zaman keçdikcə Sara dəyişərək Sarı adını alıb".

Qeyd edək ki, Azərbaycan xalq mahnısı olan "Sarı gəlin"lə bağlı ermənilər illərdir ki, antitəbliğat aparır, onu "öz mahnıları" kimi təqdim etməyə çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə