Tezliklə qarşılıqlı münasibət üçün yer olmayacaq və hər şey parçalanacaq. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyalardan danışarkən deyib.
Qeyd edək ki, Ukrayna prezidenti Vladimir Zelenskinin bir müddət əvvəl Milli Müdafiə və Təhlükəsizlik Şurasının Rossotrudniçestvo, Volga-Dnepr və bir sıra digər müəssisələrə qarşı sanksiya tətbiq edilməsinə dair qərarı qüvvəyə minib. Jurnalistlər Peskovdan bu xəbərin Kremldə necə qarşılandığı və qarşılıqlı tədbirlərin alınacağı barədə soruşub.
"Biz tezliklə Ukrayna ilə elə münasibətlər səviyyəsinə çatacağıq ki, həm ilk addımlar, həm də qarşılıqlı əməkdaşlığa əsaslanan addımlar üçün, ümumiyyətlə, artıq qarşılıqlı əlaqə üçün yer qalmayacaq. Nə varsa hamısı dağıdılacaq, hər şey parçalanacaq. Bu, pisdir. Belə xəbərlər yalnız dərin təəssüf hissi ilə qeyd oluna bilər", deyə Peskov bildirib.
Xatırladaq ki, Ukrayna və Rusiya arasında münasibətlər gərginləşməkdə davam edir. Ukrayna tərəfi sanksiyaları vacib hesab edir və artıq bu davamlı hal almaqdadır. Belə bir hal isə Rusiya üçün qəbuledilməz hesab olunur. Heç şübhəsiz ki, Ukrayna tərəfinin Rusiyaya qarşı sanksiyalar tətbiqi münasibətlərə xələl gətirəcək. Məhz Peskov özü bunu qabaqcadan etiraf edir və açıq şəkildə bildirir ki, münasibətlər tamamilə pozula, dağıla bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB