Vahid Əhmədov: “Bir sıra büdcə təşkilatlarının dövlət büdcəsinə milyardlarla borcu var”
"Ötən il bir sıra büdcə təşkilatlarının dövlət büdcəsinə milyardlarla borcu qalıb". SİA-nın məlumatına görə, bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov 2011-ci il büdcəsinə əlavə və dəyişikliklərin müzakirəsinə həsr olunmuş toplantısında deyib.
Onun sözlərinə görə, əgər büdcə daxilolmalarının icrası düzgün yerinə yetirilsəydi, bu qədər borclar yaranmazdı.
V.Əhmədov, həmçinin qeyd edib ki, 2011-ci ilin maliyyələşməsi yanvar ayında yox, mart-aprel ayında elan olunub. O vurğulayıb ki, faktiki olaraq layihələr olsa da nədənsə maliyyələşmə iki-üç ay gec elan olunur.
Daha sonra müzakirələrə qatılan maliyyə naziri Samir Şərifov hazırda büdcə qalıqlarının üzərində iş getdiyini deyib.
Dövlət başçısının bu yöndə bir neçə fərmanını xatırladan nazir vurğulayıb ki, Fərmanlar əsasında büdcə təşkilatlarının borcları həll olunacaq və bu, birbaşa vergi yığımına öz müsbət təsirini göstərəcək.
Maliyyələşmənin gec elan olunmasına gəldikdə nazir bunun səbəbini sifarişləri gec verən büdcə təşkilatlarında görüb.
O bildirib ki, maliyyələşmə mürəkkəb bir proses olduğundan vaxt onun üzərində işləmək də müəyyən vaxt tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB