Şəhidlərimizin işıqlı xatirəsi yaddaşlarda və qəlblərdə əbədi yaşayacaq

Şəhidlərimizin işıqlı xatirəsi yaddaşlarda və qəlblərdə əbədi yaşayacaq

Şəhid, qəhrəman döyüşçümüz Həsənov Teymur Mahal oğlunun cənnətdəki ilk doğum günü qeyd olunub. Bu münasibətilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının bir qrup fəal üzvü 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Müzəffər Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunan şəhid əsgərimizin - Teymur Mahal oğlu Həsənovun II Fəxri Xiyabanda məzarını və onun valideyinlərini ziyarət etmiş və ailənin qayğıları ilə maraqlanmışlar.

Ziyarət zamanı YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı dövlətimizin, Möhtərəm Prezident Cənab İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid, qazi və müharibə veteranlarına olan dövlət qayğısından danışaraq, əziz şəhidlərimizin işıqlı xatirəsinin gələcək nəsillərin yaddaşında və qəlbində əbədi yaşayacağını qeyd edib. Bildirib ki, bu gün dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət cəmiyyətin hər üzvü üçün örnək olmalıdır.
Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə