2011-ci ilin büdcəsinə əlavə və dəyişikliklər mayın 27-də Milli Məclisin müzakirəsinə çıxarılacaq

2011-ci ilin büdcəsinə əlavə və dəyişikliklər mayın 27-də Milli Məclisin müzakirəsinə çıxarılacaq

2011-ci ilin büdcəsinə əlavə və dəyişikliklər mayın 27-də Milli Məclisin müzakirəsinə çıxarılacaq. Parlamentdən SİA-ya verilən xəbərə görə, Konstitusiyanın 96-cı maddəsinin I hissəsinə və "Büdcə sistemi haqqında" Qanunun 23.2-ci və 23.3-cü maddəsinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən 2011-ci il dövlət büdcəsinə yenidən baxılması ilə bağlı hazırlanmış "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Qanun layihəsi mayın 19-da Milli Məclisin müzakirəsinə təqdim edilib.

Əlavə və dəyişikliklərdə icmal büdcənin xərclərinin yuxarı həddinin (İcmal büdcə özündə dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondunun büdcələrinin, həmçinin, xarici kreditlər üzrə daxilolmalar və xərclərin cəmini birləşdirir) 18634,3 mln. manat, icmal büdcənin profisitinin 1368,5 mln. manat təşkil edəcəyi nəzərdə tutulub.


Bütün xəbərlər Facebook səhifəmizdə