ABŞ-ın birinci xanımı jurnalistləri aldadıb Jill Bayden dondurma paylayıb

ABŞ-ın birinci xanımı jurnalistləri aldadıb Jill Bayden dondurma paylayıb

ABŞ-ın birinci xanımı Jill Bayden 1 aprel tarixində Kaliforniyadan Vaşinqtona uçuş əsnasında özünü stüardessa kimi göstərərək mətbuat camiyəsinin üzvləri ilə zarafatlaşıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Televiziya kanalının verdiyi məlumata görə, yemək təqdim edərkən Jill qara rəngli bir parikdə "Jasmin" bəci ilə görünüb və sifariş edənlərə dondurma paylayıb.

Oradakı jurnalistlərin dediklərinə görə, heç kim stüardessa donunda olan ABŞ-ın birinci xanımını tanımayıb. Bildirilir ki, bunun ardınca pariksiz qayıdan birinci ledi "1 aprel münasibəti ilə sizi təbrik edirəm!", deyib.

Xatırladaq ki, Jill Baydenin yalnız mətbuat nümayəndələrini deyil, köməkçilərini də aldatmağı bacardığı bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə