Ermənistan tərəfi Azərbaycanın iddialarını rədd etmədi FOTO

Ermənistan tərəfi Azərbaycanın iddialarını rədd etmədi FOTO

Ermənistan silahlı qüvvələrinin baş qərargahnın rəisi Artak Davtyan 44 günlük müharibədə erməni tərəfinin “İskəndər” raket komplekslərinin mümkün istifadəsi ilə bağlı açıqlama verməkdən imtina edib. SİA xəbər verir ki, bu barədə “İnterfax” agentliyi yazır.

“Heç nə deyə bilmərəm, çünki informasiyanın ictimailəşdirilməsi mümkün deyil”, Davtyan bildirib.

Qeyd edək ki, ANAMA aprelin 2-də Şuşada tapılmış “İskəndər” raket kompleksinin hissələrini Bakıda nümayiş etdirib. ANAMA nümayəndəsi bildirib ki, raket hissələri martın 15-də Şuşa şəhərinin ərazisində mütəxəssislərin minaların təmizlənməsi ilə bağlı keçirdikləri əməliyyat zamanı aşkarlanıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə