Paşinyan Putinlə görüşə hazırlaşır Nikolun son ümidi Moskvayadır

Paşinyan Putinlə görüşə hazırlaşır Nikolun son ümidi Moskvayadır

Ermənistanın baş naziri Nikol Paşinyan 7 aprel Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. SİA armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısının mətbuat katibi Mane Qevorqyan bildirib.

Onun sözlərinə görə, 7 aprel tarixində Moskvada keçirilməsi planlaşdırılan bir görüşlə əlaqədar olaraq Paşinyan 2 apreldən bəri özünü təcrid vəziyyətində işləyir. Qevorqyan, “Baş nazir şəxsi qəbullar və kütləvi tədbirlərə əlavə olaraq planlaşdırılmış gündəliyə uyğun işləyir”, deyib.

Xatırladaq ki, son günlər Ermənistan cəmiyyətində Nikol Paşinyanın baş nazir postundan istefa vermək qərarına gəldiyi barədə fikirlər var. Hətta işğalçı ölkənin mətbuat səhifələrində də bu barədə yazılar, məlumatlar yer alır. Görünür, erməni baş nazir istefa barədə qərar verməzdən öncə, bu barədə Rusiyadan, şəxsən Rusiya prezidenti Putindən də “icazə”, yaxud “xeyir-dua” almaq niyyətindədir. Bəlkə də baş nazir postunu təhvil verməkə olan Paşinyanın Rusiyaya səfər planı, Putinlə görüş arzu və niyyəti onun son ümididir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə