“Vətən müharibəsi yalnız Qarabağın işğaldan azad olması demək deyil" - AÇIQLAMA

“Vətən müharibəsi yalnız Qarabağın işğaldan azad olması demək deyil" - AÇIQLAMA

"Vətən müharibəsi yalnız Qarabağın işğaldan azad olması demək deyil". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

Siyasi şərhçi sözlərinə əlavə edərək bildirib ki, Vətən müharibəsi sözün əsl mənasında bölgədə həm cərəyan edən, həm də bundan sonra cərəyan edəcək hadisələrə ciddi təsir gücünə malik olan çox böyük bir hadisə idi: "Bu mənada gələcəkdə baş verəcək ABŞ və Rusiya münasibətlərində Azərbaycan əslində müharibədən qalib çıxmaqla kifayət qədər əsaslı, maraqlı mövqe ortaya qoymuş oldu və mövqelərini gücləndirdi. Cənab Prezidentin də dediyi kimi artıq Qarabağ münaqişəsi həll edilib".

Vüqar Zifəroğlu vurğulayıb ki, ermənilərin hal-hazırda keçirdiyi ən böyük şok budur: "Sülhməramlılar çox zaman öz missiyalarına uyğun fəaliyyət göstərməsələr də Rusiyanın rəsmi dövlət mövqeyi konkret olaraq ortadadır. Biz Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini gördük. Düzdür, Rusiyanın elə millət vəkilləri var ki, əslində indi də heç bir məntiqə sığmayan açıqlamalar verməkdə davam edirlər. Lakin, bu Ermənistan auditoriyasını qazanmaq təşəbbüsündən irəli gəlir. Rusiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi göz qabağındadır. Dövlətimizin sülhməramlılarla bağlı mövzuda çox ciddi mövqeyi var. Rusiyada yaşayan bizim soydaşlarımız ictimai-siyasi həyatda aktiv rol oynamalıdır. Erməni lobbisinin də artıq Ermənistanın gələcəyi ilə bağlı ciddi fikir ayrılıqları var. Yəni ermənilər başa düşdülər ki, onların planladıqları heç nə həyata keçməyib. Biz də ermənilərə imkan verməyəcəyik. Ermənistan indi qonşularla daha yaxşı keçinməlidir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə