Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi

- Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı günüdür.

- Səfəvi imperiyasının banisi, görkəmli dövlət xadimi, sərkərdə, şair Şah İsmayıl Xətai vəfat edib (1524)

- Vyanada tarixdə ilk dəfə Yunan Roma güləşi üzrə çempionat keçirilib (1904)

- İtaliya Birinci Dünya müharibəsinə qoşulub (1915)

- Azərbaycan Mərkəzi Dövlət Kitabxanası təntənəli şəkildə açılıb (1923)

- Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyü başa çatıb (1940)

- Kollektivləşməyə qarşı çıxdığı üçün 48 sat ərzində 37 000 litvalı kəndli həbs edilərək Sibirə göndərilib (1953)

- 57 dövlətin (o cümlədən NATO və Türkiyə Parlamenti) Ermənistanın Naxçıvana hücumunu pisləyən bəyanatlarından sonra Ermənistan sülh danışıqlarına başlamağa təklif edib. Bundan sonra Rusiya da geri çəkilməyə məcbur olub (1992)

- Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi təsis edilib (2001)

- Azərbaycanda Ukrayna mədəniyyəti günləri başlayıb (2002)

- Azərbaycan Respublikası Sent Vinsent ilə diplomatik əlaqələr qurub (2003)

Bütün xəbərlər Facebook səhifəmizdə