"Prezidentlər COVID-19-a qarşı mübarizəni müzakirə ediblər" RİA Novosti yazır
Telefon danışığı zamanı Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlığı müzakirə ediblər. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"Koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə daxilində əməkdaşlıq da daxil olmaqla, ikitərəfli gündəliyin bir sıra aktual məsələlərinə toxunuldu. Qarşılıqlı Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsi və qarşılıqlı faydalı layihələrin təşviqinin davam etdirilməsi təsdiqləndi", deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
Həmçinin bildirilir ki, bundan əlavə, liderlər gələcək təmaslar barədə razılığa gəliblər.
Xatırladaq ki, bu gün Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub və müzakirələr aparılıb, ələlxüsus koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlıq müzakirə edilib. Onu da diqqətə çatdıraq ki, Rusiyanın mətbuat səhifələrində də bu barədə xəbərlər yer alır və bu xəbərlər Kremlin mətbuat xidmətinin məlumatına istinadən yayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB