Nikol Paşinyan istefasını və siyasətdən getdiyini sabah elan edəcəkmi? SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti öz mənbələrinə istinadən yazır.
Qəzet yazır ki, baş nazir Nikol Paşinyan sabah istefa verəcək. Qəzetin yazdığına görə, Paşinyan siyasətdən getdiyini və parlament seçkilərində heç bir şəkildə iştirak etməyəcəyini elan edəcək.
“Baş nazirin bir gün əvvəl komandası ilə bir yığıncaq keçirdiyini, ona ümid etməməli olduqlarını burada açıq şəkildə söylədiyini, artıq heç bir siyasi prosesdə iştirak etmək istəmədiyini öyrəndik.
“Mülki Müqavilə” partiyasının idarə heyəti üzvləri Paşinyanı razı salmağa çalışsalar da, baş nazir öz qərarında israrlı olduğunu deyib. Nikol Paşinyan hətta gələcəkdə nə edəcəyini belə söyləmək istəməyib”, deyə qəzet yazır.
Xatırladaq ki, Ermənistan tərəfinin təxribatları nəticəsində başlayan və 44 gün davam edən müharibənin məntiqi nəticəsindən, yəni, Ermənistanın rüsvayçı məğlubiyyətindən sonra erməni cəmiyyəti Nikol Paşinyanın istefası tələbi ilə demək olar ki, hər gün etiraz aksiyası keçirib və onun istüfa verməsində israrlı olduğunu bildirib. Baxmayaraq ki, baş nazir növbədənkənar seçkilər barədə bəyan edib, Ermənistan müxalifəti seçkilərə Paşinyansız getmək qərarını gizlətməyib. Bir sözlə, Nikol Paşinyanın bu “növbədənkənar seçki oyunu” da baş tutmayıb və onun istefası tələbi hələ də erməni cəmiyyətində gündəmdədir, hələ də tələb olaraq qalır.
Görünür, Nikol Paşinyan erməni cəmiyyətində nüfuzunun sıfıra enməsindən mütləq şəkildə əmin olub və məsələni uzatmaqdan vaz keçib. Heç şübhəsiz ki, erməni baş nazirin öz postundan istefası barədə çoxdandır yayılan söz-söhbətlər belə əsaslı idi. Hazırda erməni nəşrinin öz mənbələrinə istinadən Nikol Paşinyanın istefa edəcəyi barədə yazması da təsdiqləyir ki, baş nazirin istefası qaçılmazdır və gözləniləndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB