Moldova səfirliyi gördüyü işləri açıqladı

Moldova səfirliyi gördüyü işləri açıqladı

Azərbaycanın Moldovadakı Səfirliyinin təşəbbüsü ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar aşağıdakı işlər görülüb. Səfirlikdən SİA-ya verilən məlumata görə, görülən işləri sizə təqdim edirik:

-Pandemiya ilə bağlı Moldovada mövcud sərt karantin rejimini nəzərə alaraq, cari ilin 31 mart tarixində səfirliyimizdə soyqırımı gününə həsr edilmiş gənclərdən ibarət dəyirmi masa təşkil edilib, dəyirmi masa çərçivəsində azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilən soyqırımının təfərrüatları, müxtəlif bölgələrimizdə minlərlə azərbaycanlının qətl edilməsinə dair tarixi faktlar, ümumiyyətlə ermənilərin təcavüzkar və işğalçı siyasətinin mahiyyəti gənc nəslə çatdırılıb.

-Ermənilər tərəfindən törədilən mart qırğınları ilə əlaqədar səfir Q.Osmanovun "В Азербайджане высоко чтят память жертв геноцида" başlıqlı müsahibəsi Moldovanın "Noi.md" xəbər portalında rus və rumın dillərində dərc edilib (https://noi.md/ru/v-mire/gudsi-osmanov-v-azerbajdzhane-vysoko-chtyat-pamyati-zhertv-genocida, https://noi.md/md/in-lume/gudsi-osmanov-azerbaidjanul-intotdeauna-cinsteste-memoria-victimelor-genocidului).

-Erməni daşnak qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1918-ci ildə törədilmiş qanlı faciədən bəhs edən Azərbaycan Respublikasının Milli Məclisinin Sədrinin müavini Adil Əliyevin "31 марта - день геноцида азербайджанцев" adlı müsahibəsi Moldovanın "Tribuna" xəbər portalında rus və rumın dillərində dərc etdirilib (https://tribuna.md/ru/2021/03/31/ru).

-Mart soyqırımının ermənilərin mahiyyətini açıqlayan hadisə olaraq qiymətləndirilməsindən bəhs edən AR-in Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin "Геноцид 31 Марта: страницы истории, обагренные кровью" adlı məqaləsi Moldovanın "Ava.md" xəbər portalında dərc edilib (https://ava.md/2021/03/31/genocid-31-marta-stranicy-istorii-obagrennye/).

-MMXİ-nin s/35-4557/35/21 nömrəli, 31.03.2021-ci il tarixli məktubu ilə əlaqədar, AR XİN-in soyqırımı ilə bağlı bəyanatı aidiyyatı üzrə yayılıb, bəyanatın mətni rumın dilinə tərcümə edilərək Moldova KİV-də dərc edilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə