Merkel Navalnının hüquqlarını qorumağa çağırıb

Merkel Navalnının hüquqlarını qorumağa çağırıb

Almaniya Kansleri Angela Merkel, Rusiya prezidenti Vladimir Putinlə söhbət əsnasında onu koloniyada cəza çəkən rus blogger Aleksey Navalnının hüquqlarına riayət etməyə çağırıb. SİA RİA Novostiyə istinadən xıbır verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Zaybert danışıb.

Qeyd edək ki, bir gün əvvəl Rusiya Federasiyası, Almaniya və Fransa liderlərinin video konfransı baş tutub. Kremldən xəbər verildiyi kimi, söhbət əsnasında Merkel və Fransa prezidenti Emmanuel Makron Navalnı məsələsini qaldırdıqdan sonra Putin vəziyyət barədə izah edib.

"Federal Kansler, Fransa prezidenti kimi, Navalnı hadisəsindəki Rusiyanın Avropa İnsan Hüquqları Konvensiyasına və orada təsbit edilmiş əsas və insan hüquqlarına riayət etməsinin lazım olduğunu vurğulayıb. Navalnı işindəki tələblərimiz əlbəttə ki, məlumdur və dəyişməyib", deyə çərşənbə günü brifinqdə bildirilib.
Xatırladaq ki, 2 fevralda Moskvanın Simonovski Məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasının ləğv edilməsi və ümumi rejim koloniyasında 3,5 illə əvəzlənməsi barədə qərar verib. Daha sonra, Moskva Şəhər Məhkəməsi bu qərarı təsdiqləyib.

“İv Roşe” işi, İstintaq Komitəsi tərəfindən şirkətin Rusiyadakı nümayəndəliyinin o zamankı rəhbəri, Fransa vətəndaşı Bruno Leprouxun istəyi ilə başladılıb. Məhkəmənin təyin etdiyi kimi, Navalnı və qardaşı Oleq, yaratdıqları “Qlavnoye Podpisnoe Aqentstvo” şirkəti ilə poçt daşımaları üçün müqavilə bağlamaqla “İv Roşe” nümayəndələrini aldadıblar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə