“Vətən Müharibəsində soyqırımı qurbanlarının da qisası alınıb” Məşhur Məmmədov

“Vətən Müharibəsində soyqırımı qurbanlarının da qisası alınıb” Məşhur Məmmədov

“1918-ci il 31 mart soyqırımı günüdür. Ermənilər 18-ci əsrdən başlayaraq Çar Rusiyasının himayəsilə Cənubi Qafqaza köçürülüblər. Burada məqsəd gələcəkdə Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlət yaratmaq olub. Ancaq anlamayıblar ki, tarixi saxtalaşdırmaqla tarix yaratmaq olmaz!”. Bu fikri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

Deputat diqqətə çatdırıb ki, 1918-ci ilin mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir: “Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə aparılan etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə müşahidə olunan çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “böyük Ermənistan” dövləti yaratmaq olub. 1918-ci il 31 mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazılıb”.

M.Məmmədov tarixi faktlara əsaslanraq vurğulayıb ki, 1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Leninin təyinatı ilə Qafqaz fövqəladə komissarı kimi Bakıya göndərilən Stepan Şaumyan qətliamın başlamısnda əvəzsiz rol oynayıb: “1918-ci il martın 31-də Bakı şəhərində dinc azərbaycanlıların kütləvi qətlində Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda ermənilərin "Daşnaksütyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib. Bakıda üç gün davam edən qırğın zamanı ermənilər azərbaycanlı məhəllələrinə soxularaq hər kəsi öldürüb, qılıncla parçalayıb, süngü ilə dəlmə-deşik edib, cəsədlərin qulaqlarını, burunlarını kəsib, qarınlarını yırtıblar. Nəticədə təkcə Bakıda 25 min soydaşımız qətlə yetirilib. Bununla kifayətlənməyən ermənilərin Azərbaycanın digər ərazilərində də - Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan, Qarsda da kütləvi qətliamları davam etdiriblər. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə yaxın dinc sakini qətlə yetirib, Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi isə məhv edilib. 1918-ci iln aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında isə 115 azərbaycanlı kəndi məhv ediib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, yaşayış məntəqələri isə yerlə yeksan edilib. 1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilib”.

Millət vəkili 1918-ci ildə azərbaycanlıların kütləvi qətli ilə müşayiət olunan qırğınların qarşısının alınmasında Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun böyük rolu olduğun deyib. Həmçinin vurğulayıb ki, 1998–ci il martın 26–da Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmanla 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir: “Erməni–bolşevik silahlı dəstələrinin 103 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə ictimaiyyətinə eləcə də dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimizə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 18 yanvar 2018–ci ildə “1918–ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır. Ötən ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsi tariximizə qələbə yazdı. İşğal altında olan torpaqlarımız düşməndən azad olundu. “Ermənistanda başa düşməlidirlər ki, biz artıq orta əsrlərdə yox, XXI əsrdə yaşayırıq və XXI əsrin əlamətləri hər bir ölkə üçün əsas olmalıdır", deyən Prezident İlham Əliyev bildirmişdi ki, biz istəyirik ki, beynəlxalq hüquq normaları təmin edilsin. Hər bir işğalçı bilməlidir ki, bu işğalın sonu olmayacaqdır. Bu işğalın sonu ya sülh müqaviləsidir, ya da qaçılmaz məğlubiyyətdir". Göründüyü kimi, 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan Ermənistan döyüş meydanında məğlub oldu. Və 44 günlük müharibədə Preziden İlham Əliyevin "dəmir yumruğ"u, güclü siyasəti nəticəsində, məhz döyüş meydanında ermənilərin törətdiyi soyqırımının bütün qurbanlarının qisası alındı. Və dünyaya ermənilərinin törətdiyi soyqırımı, cinayətkar əməlləri sübut olundu və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəriyyət maraqlı olmalıdır”.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə