Türkiyə ABŞ-ı qondarma erməni “soyqırımını” tanımaqdan imtina etməyə çağırıb. SİA xəbər verir ki, bu haqda Türkiyə KİV-ləri yazırlar.
Məlumatda bildirilir ki, Türkiyə hakimiyyəti diplomatik kanalları vasitəsi ilə ABŞ-ın prezident administrasiyasına xəbərdarlıq göndərib ki, qondarma erməni “soyqırımının” tanınması Ankara ilə Vaşinqton arasındakı münasibətlərə nəhəng ziyan vura bilər.
Qeyd edək ki, Türkiyə dəfələrlə Ermənistanı 1915-ci ildə baş vermiş olaylarla bağlı tarixi arxivlərin açılmasına dəvət edib. Lakin erməni tərəfi bu təklifləri hər dəfə müxtəlif bəhanələrlə qəbul etməyib.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB