İki PKK lideri məhv edildi - biri Karayılanın cangüdəni olub Antiterror

İki PKK lideri məhv edildi - biri Karayılanın cangüdəni olub Antiterror

Türkiyədə keçirilən əməliyyat nəticəsində PKK-nın uzun müddət axtarışda olan xüsusi təhlükəli terrorçusu məhv edilib. SİA xəbər verir ki, qardaş ölkənin Daxili İşlər Nazirliyinin verdiyi məlumatına görə, Mardində “Eren-5” əməliyyatı zamanı 6 terrorçu məhv edilib. Onlar arasında PKK-nın Mardində terror əməliyyatlarını həyata keçirmiş “Hevram Havraman Avyer” ləqəbli Hasan Mahmud və “Reber Koser” ləqəbli Teyyüb Cam da var. Hasan Mahmudun 2008-ci ildə Şemdinlidə yola qoyduğu partlayıcı qurğunun işə düşməsi nəticəsində bir neçə Türkiyə əsgəri şəhid olmuşdu. Eyni zamanda, onun rəhbərlik etdiyi terrorçuların 2016-cı ildə Şırnak-Van yolunun inşası zamanı təhlükəsizlik qüvvələrinə etdikləri xain hücumları nəticəsidə 6 jandarma əsgəri şəhid olmuşdu.

Qeyd edək ki, öldürülmüş terrorçu Havyer PKK-nın hazırkı lideri Karayılanın cangüdəni də olub.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə