Almaniya Azərbaycanla münasibətdə erməni mafiyasını seçdi -ANALİTİK
Alman meynstrim-mediasının Azərbaycana qarşı sinxron “hücumu” davam edir. Rusdilli Caliber analitik informasiya mərkəzinin mövzu ilə bağlı analitik yazısında bu barədə bildirilir və xüsusilə Almaniyanın siyasi arenasında erməni mafiyasının əlaqələri, o cümlədən cinayət əməlləri barədə detallara toxunulur, anti-Azərbaycan xarakterli baxışların haradan, necə qaynaqlanmasına toxunulur. “SƏS”in (SİA) analitik şöbəsi məqalədəki mühüm məqamları təqdim edir:
- Nüfuzlu Frankfurter Allgemeine Zeitung nəşrinin bazar günü, 28 mart buraxılışında Almaniyanın “azərbaycanlı lobbiçilərinə” həsr edilmiş nə az, nə çox – bir zolaq yazı verilib. Növbəti dəfə belə bir tezis irəli sütülüb ki, guya alman deputatlarının bütöv şəbəkəsi, özü də çoxu Baden-Byürtebmerq torpağından olmaqla gecə və gündüz uzaq Azərbaycanın maraqlarına işləyiblər – ya bir qaşıq qara kürü, ya da neft dollarları və bahalı hədiyyələr müqabilində. Düzdür, heç bir iddia heç bir təxmin edilən deputatlara alman istintaq orqanları tərəfindən sübuta yetirilməyib, o ki qala hansısa məhkəmə qərarlarına...
Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauserin Stuttgarter Zeitung qəzetinə verdiyi müsahibəsində əsaslı şəkildə bildirdiyi kimi, onun üçün "günahsızlıq prezumpsiyasına" əməl etmək son dərəcə vacibdir.
Bu kontekstdə alman siyasətçiləri ilə Almaniyada geniş rezonans qazanan erməni mafiyası arasındakı sıx əlaqələrin hekayəsini necə xatırlamamaq olar?
Xatırladaq: Ötən ilin əvvəlində Almaniyada yer alan cinayət xəbərləri Qafqaz respublikalarından gələn mühacirlərin cinayət əməlləri barədə məlumatlarla dolmuşdu. Alman polisi uzun illərdir Qafqaz "etnokriminal" ına qarşı mübarizə aparır. Eyni zamanda, Almaniyanın şərqində getdikcə daha möhkəm mövqeləri işğal edən isə məhz erməni mafiyasıdır. 2019-cu ilin sonunda həmin iş artıq siyasi gündəmə çıxmışdı - Almaniyanın dövlət telekanalları açıq şəkildə bildirdilər ki, erməni cinayətinin ahtapotu (osminoqu) artıq Bundestaq deputatlarına qədər çatıb.
Ötən ilin yanvar ayında Almaniyanın ictimai televiziya kanalları Türingiya əyalətinin paytaxtı Erfurtda sənədləri saxtalaşdırmaqda şübhəli bilinən erməni mafiyası üzvlərinə qarşı basqınlar barədə məlumat vermişdi. Bir az əvvəl, eyni şəhərdə 36 yaşlı erməni avtoxuliqanla bağlı bir hadisə regional cinayət hesabatlarına daxil oldu. Polis "qanunsuz adamı" dayandıra bildikdə məlum oldu ki, o, hüquq-mühafizə orqanlarının əməkdaşlarının köhnə bir tanışlığından bəhs edir və bu adam Erfurtdakı erməni mafiyasının liderlərindən biridir.
Cinayət tarixi 2014-cü ilə, Erfurtdakı bir kazino qarşısında Ermənistandan 15 mühacirin qatıldığı bütün Almaniyanı sarsıdan bir atışmada iştirak etdiyinə görə oturduğu vaxta gedib çıxır. Həmin qalmaqallı hadisədə boks üzrə dünya çempionu olan almaniyalı erməni Karo Murad "göründü". Alman müstəntiqlər Muradın bir oyun klubunun qarşısında baş verən silahlı atışmada iştirak etməsindən şübhələnmişdilər, lakin sonra onun qardaşı Koko Murat gözlənilmədən oyun klubunu ziyarət etdiyini etiraf etdi. Ancaq ARD ictimai telekanalının istintaqın əməliyyat məlumatlarına istinadən verdiyi məlumata görə, Karo Muradın mobil telefonu və şəxsi avtomobili həmin gün atışma bölgəsində idi.
Almaniya polisinin diqqətindən başqa detal da yayınmayıb: həmin atışmada iştirak edən bir çoxlarının mobil telefonları bir neçə il ərzində digər tanınmış erməni mənşəli alman boksçusu Artur Abrahama məxsus Berlin şirkətin qeydiyyatından keçiblər. Belə ki, Abraham idman sferası ilə yanaşı həmçinin riletor bznesi ilə məşğul olub. Alman jurnalistlərinin Abrahama şübhəlilərlə hər hansı əlqəsinin olub-olmaması barədə verdikləri sualları isə cavabsız qalıb.
Almaniyanın birinci - ictimai televiziya kanalı ARD-nin "Exakt - die Story: Deutchland in Paten" sənədli filmində Abraham Almaniyadakı erməni mafiyasının mərkəzi simalarından biri kimi təsvir edilir. Narkotik ticarəti, saxta pullar, idman mərcləri ilə manipulyasiya, qumar oyunları, qanunsuz miqrasiyanın təşkili, nəzarət altındakı əmlak şirkətləri vasitəsi ilə “qara kapital” ın leqallaşdırılması - bu, Almaniyada kök salmış erməni cinayətkar qruplarının maraq dairələrinin natamam siyahısıdır. Eyni zamanda, ən yaxşı mafiya ənənələrində alman siyasətçiləri arasında sıx əlaqə qururlar.
Bundestaqda sıx əlaqələr
Qəribə bir təsadüf nəticəsində, Ermənistanın Almaniya Bundestaqında ən fəal lobbiçilərindən biri Türingiya deputatı - Manfred Grunddur (Xristian Demokrat İttifaqı). Üstəlik, Grund birbaşa Eichsfeld bölgəsindən seçilmiş bir deputatdır - 2014-cü ildə səsli-küylü silahlı atışmanın baş verdiyi yer də məhz buradır.
Və daha çox: həmin deputat bir neçə il əvvəl Dağlıq Qarabağa qanunsuz səfər edib, eləcə də, bundan bir müddət sonra topladığı heyətini növbəti dəfə Dağlıq Qarabağa apararaq, Andranik Aslanyan adlı bir erməni əməkdaşı ilə işlərini düzənləyib. Aslanyan deputatın “elmi məsələlər üzrə köməkçisi” kimi görünməsinə baxmayaraq, eyni zamanda Almaniya ictimai televiziyası tərəfindən xüsusi qeyd olunan “ELASE” şirkətinin mülk sahibi və müdiridir. Aslanyanın şirkəti, cinayətkar boksçu Karo Muratın da evlərinin olduğu Leipziqdə (Leypsik) daşınmaz əmlak əməliyyatları aparır. Aslanyan 2016-cı ildə Almaniyada qondarma "dqr" terrorçuları üçün pul toplamaq üçün bir marafon da təşkil edib. Bu vəsaitlərin sonradan nə qədər “təmiz” şəkildə paylandığını “konserva” ləqəbli korrupsioner general, Manvel Qriqoryanın timsalında anlamaq elə də çətin deyil. 2020-ci ilin müharibəsində erməni ordusunun hansı acınacaqlı vəziyyətdə olması da məhz bu kimi faktlarla sübuta yetirilə bilər.
ARD kanalının sənədli filmində başqa bir Xristian Demokrat İttifaqının (XDİ) deputatı Albert Weiler-ə (Vayler) xüsusi diqqət yetirilir. Eynən Manfred Grund kimi o da parlamentdə Türingiya üçün seçki dairəsini təmsil edir. Vayler Alman-Erməni Forumuna rəhbərlik edir və Artur Abraham və digər erməni mafiyasının üzvü olduğu bildirilir. Alman KİV-ləri qeyd edirlər ki, Alman-Erməni Forumunun təsisçiləri arasında adları erməni mafiyası məsələsində meylli olanlar da var. Bununla yanaşı, Vaylerin ofisində Alla Serobyan adlı əməkdaş da var ki, o da Ermənistan mənşəlidir.
Beləliklə, Türingiyadan olan iki Bundestaqı deputatı və XDİ üzvləri - erməni mafiyasının Almaniyada yerləşdiyi əsas bölgə - erməni işçilərini (yaxud kuratorlarını) heyətdə saxlayır, erməni cinayətkarlarının nümayəndələri ilə əlaqələr qurur və eyni zamanda, Ermənistanın alovlu lobbiçiləri qismində çıxış edirlər – məhz Almanua parlamentində..!
Üstəlik, hər iki deputat mətbuatın və müstəntiqlərin birbaşa erməni mafiyası ilə əlaqələndirdiyi bir şəxs olan, eləcə də Ermənistanın Almaniya Federativ Respublikasındakı səfiri Aşot Smbatyanla sda ıx əlaqələr saxlayırlar.
“Alman Federal Kəşfiyyat Xidmətinin 2008-ci ildə hazırladığı məxfi nəticəyə əsasən, Ermənistan Respublikasının Almaniyadakı hazırkı səfiri Aşot Smbatyan on il əvvəl qaçqınların sərhəddən qanunsuz köçürülməsində iştirak etməkdə şübhəli bilinirdi. Sənəddə ona "qanuni oğru" da deyilir. 2005-ci ildə prokurorluq Smbatyana qarşı çirkli pulların yuyulması şübhəsiylə istintaq apardı”, deyə Almaniyanın“ Spiegel ”qəzeti 2018-ci ilin noyabrında yazmışdı.
Mediada əks-səda doğuran yazılara baxmayaraq, hakim partiyadakı deputatlar Grund və Vayler erməni oğru dünyası ilə şübhəli əlaqələrindən xalqa açıqlama vermədilər. Belə görünürdü ki, Almaniya mətbuatı indi də Azərbaycana yaxşı münasibət bəsləyən deputatlar məsələsində olduğu kimi, erməni mafiyasından yapışan deputatlar haqqında yazmağa başlamalı idi. Lakin anlaşılmaz bir hal baş verir: hansısa “sehrli çubuq” sayəsində bu iş dərhal bağlanır və KİV erməniləri ifşa edən faktlar barədə daha yazmırlar.
Məhkəmələr və jurnalistlər isə birdən-birə Ermənistanın mafiyaçı səfiri Aşot Smbatyanın "təqsirsizlik prezumpsiyasını” və hətta "işgüzar nüfuzunu" xatırladılar. Yəni aparıcı Avropa demokratiyası alman jurnalistlərinə mafiya işi kontekstində Smbatyan haqqında yazmağı sadəcə qadağan etdi. O zaman Almaniya dövlətinin qərəzsizliyinə və alman mediasının obyektivliyinə inanmaq olarmı? “Spiegel” və MDR tərəfindən 2018-ci ilin noyabr ayında birgə araşdırma dərc edildikdən sonra, alman mafiyası mövzusu Almaniyanın informasiya sahəsində mövcud idi, lakin bunun Manfred Grund, Albert Weiler və onların erməni işçiləri üçün heç bir nəticəsi olmadı. Alman Cinayət Polisi (BKA) tərəfindən FATİL kod adlı ("Qanundakı oğrulara qarşı mübarizə") erməni cinayətkar qruplarına qarşı mübarizəyə yönəlmiş istintaq dayandırıldı... dövlətdəki maliyyə çatışmazlığı üzündən. Hər halda, bütün bunların yerinə siyasi iradə olmalıydı və Avropanın ən varlı ölkəsi szöügedən araşdırma üçün vəsait də tapıla bilərdi.
Süni tənəffüs aparatlarını (STA) vermək pisdir, erməni mafiyasına işləmək yaxşı?
Ədalət naminə qeyd etmək lazımdır ki, alman mütəxəssisləri və politoloqları özəl söhbətlərində Azərbaycan lobbiçiliyi ilə bağlı aparılan kirli kampaniyada rəsmi Bakının günahkar olmadığını və Qarabağ amilinin indiki məqamda rol oynamadığını dəfələrlə təkrarlayırlar. İddiaya görə problem Almaniyanın daxili siyasi mətbəxindədir: Angela Merkel bu payızda siyasi səhnədən gedəcək, indi sosialistlər və yaşılların təmsil etdiyi sol cinah, Xristian Demokrat İttifaqının 16 illik fasiləsiz hökmranlığından sonra hakimiyyətə can atır. Almaniyadakı jurnalistlər daha çox bu siyasi qüvvələrə rəğbət bəsləyirlər və deyirlər ki, Azərbaycan daxili siyasi mübarizədə yalnız bir vasitədir, lakin kampaniyanın məqsədi deyil. Lakin burada sual yaranır – nəyə görə “vasitə” olaraq alman deputatlarından rəğbət göstərilməyən XDİ-yə və erməni mafiyasına qarşı istifadə olunmur? Belə ki, Süni tənəffüs aparatları Almaniyadan Azərbaycana göndərilərkən dərhal təchizatçı şirkət, həmçinin Almaniyanın iqtisadiyyat nazirliti bunu təkzib etdilər. İndi gəl alman KİV-lərinin məntiqlərini anla: STA-ları Azərbaycana göndərmək olmaz, lakin erməni mafiyasına işləmək, ən kirli və cinayətkar bizneslərdə iştirak etmək olar?
Berlin bölgədən çəkilməyə imza atdı?
Azərbaycana qarşı informasiya hücumları apararkən Bakını dəstəkləmək məqsədi daşıyan alman siyasətçiləri nəyə görə təqib edilirlər? Almaniya hələ də mərkəzi suala cavab verməyib: Axı “azərbaycanlı şəbəkəsi” Almaniyada hansı təhlükəli, neqativ fəaliyyət göstərib ki, bu da ölkəyə mənfi təsirlərini göstərib? Məsələn, Bundestaqın deputatı əsl mənada zəhərlənən və bugünlərdə infarkt səbəbindən vaxtsız vəfat edən Karin Ştrentsin “günahı” nə idi ? Hətta günü bu gün onun ölümündən sonra alman KİV-ləri özləörinin zəhərli məqalələrində onun sümükləri üzərində rəqs etməkdə davam edirlər. Halbuki mərhum Ştrents xarizmaya və cürətə malik çox azsaylı siyasətçilərdən biri idi ki, Ermənistanı işğalçı adlandırırdı və “Avropa korrektələrinə” ehtiyac duymurdu. İşğalçılara müraciətində Azərbaycan ərazilərindən rədd olomalarını tələb edirdi. Görünür, onu məhz buna görə bağışlamayıblar...
Məgər Almaniya Avropa ölkələri arasında ilk ölkələrdən biri deyilmi ki, Azərbaycanın Ermənistana qarşı 44 günlük müharibəsinin başlamasına az qalmış "dqr”in nümayəndəliklərini bağladı? Berlin Azərbaycanın ərazi bütövlüyünü ardıcıl olaraq tanıdı, ancaq 2020-ci ildə müharibə başladıqdan sonra Almaniya tarixinin ən qeyri-populyar xarici işlər naziri Heiko Maas çox axmaq bir diplomatik addım atdı: Bakını "Almaniyanın bitərəfliyini yenidən nəzərdən keçirməklə" təhdid etdi və bəyan etdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki “təcavüzünü” (?!) dərhal dayandırılmayacağı təqdirdə Almaniya Ermənistanın lehinə çıxış edəcək. Lakin gözlənildiyi kimi, Azərbaycan Prezidenti İlham Əliyev Berlinin və digər dünya paytaxtlarının qara-qışqırıqlarına baxmayaraq, Azərbaycan Ordusunun işğal olunmuş ərazilərini azad etmək üçün başlatdığı əməliyyatını dayandırmadı - 10 noyabr 2020-ci ildə erməniləri təslim olmağa məcbur edənə qədər!
Nəticədə, keçən ilin noyabrında münaqişənin qorunub saxlanmasına və erməni işğalına səssiz dəstəyinə arxalanan Avropa yeni Qafqaz həqiqətləri tərəfindən kənara atıldı. Xarici siyasətindəki qatı ermənipərəst sürüşmələri ilə Parisin belə bir aqibətdən qaçması çətin idisə, Berlinin Bakı ilə etibarlı münasibətlərini davam etdirmək və hətta yeni bir səviyyəyə qaldırmaq üçün hər hansı şansı var idi. Ancaq görünən odur ki, Almaniya Azərbaycanın uzanmış dostluq əlini havada saxlamaq və bölgədəki fəaliyyətini mütləq minimuma endirmək qərarını verdi. Bu o deməkdir ki, alman fondlarının ölkəmizdəki fəaliyyəti, münaqişədən sonrakı nizamlanmadakı fəaliyyət, eləcə də Almaniya şirkətlərinin işğal olunmuş ərazilərin bərpasında iştirakı kimi məsələlər avtomatik olaraq gündəmdən çıxarılır – bizə dost olan ölkələrin, həmçinin Avropa ölkələrinin xeyrinə.
Tərcümə etdi,
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB