"Çin qaydalara uyğun oynamır" Entoni Blinken

"Çin qaydalara uyğun oynamır" Entoni Blinken

ABŞ-ın Çinə qarşı siyasətinin məqsədi Pekini tutmaq deyil, Çinin zədələdiyi dünya düzən sistemini qorumaqdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Katibi Entoni Blinken İtaliyanın “La Stampa” qəzetinə verdiyi müsahibəsində deyib.

"Bir çox müttəfiqlər kimi Pekinlə münasibətlərimiz bəzi hallarda rəqabətlidir, bəzilərində kooperativ, digərlərində antaqonistdir. Bununla birlikdə ortaq bir məxrəc var, yəni Çinə güclü ittifaqlarla başlayan güc mövqeyindən üzləşmə ehtiyacı var", deyə Blinken bəyan edib.

ABŞ dövlət katibi "ABŞ müttəfiqlərini özləri ilə Pekin arasında seçim etməyə məcbur etməyəcək", deyə vurğulayıb.

Onun sözlərinə görə, məqsəd Çini tutub saxlamaq deyil, “II Dünya Müharibəsinin sonundan bəri üzərində işlənmiş qaydalara əsaslanan dünya düzeni sistemini” qorumaqdır. ABŞ diplomatiyasının rəhbəri vurğulayıb ki, "Çin bu düzəni pozaraq, eləcə də insan hüquqları və ya digər öhdəliklərini pozaraq hərəkət edir".

Blinken, "Kimsə bu sistemə qarşı çıxarsa, Çin və ya başqaları qaydalara zidd oynayarsa, yaxud başqalarının verdiyi öhdəlikləri pozmağa çalışarsa, hamımızın müqavimət göstərməyimiz üçün səbəb yaranır", deyə bəyan edib.

Xatırladaq ki, keçən həftə Alyaskanın Ankoric şəhərində keçirilən ABŞ-ÇXR yüksək səviyyəli görüşü, Blinken və prezident Co Baydenin, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın Çini kəskin tənqid etməsi ilə başlayıb. Çinin Xarici İşlər Komissiyası ofisinin rəhbəri Yan Çzeçi , və Çin Xalq Respublikası Dövlət Şurasının üzvü və xarici işlər naziri Wan İ isə bu çıxışlara ətraflı cavab verib. Nəticədə, razılaşdırılmış dörd dəqiqə əvəzinə hər iki tərəfin açıqlamaları təxminən bir saat davam edib, bundan sonra ABŞ Çini protokol pozmaqda və "tamaşaçılar üçün teatr cəhdlərində" günahlandırıb.

Göründüyü kimi, Qərb və Çin arasında münasibətlər gərgin olaraq qalır. Bu, hər iki tərəfin səlahiyyətlilərinin çıxışlarında özünü biruzə verir. Tərəflər bir-birinə qarşı ittihamlar səsləndirməkdə davam edir. Belə bir hal isə ondan xəbər verir ki, münasibətlərin normallaşdırlıması istiqamətində optimist rəy söyləmək çətindir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə