Dağıdıcı müxalifət növbəti fəlakət astanasında
Mövcud reallıqlar və faktlar ondan ibarətdir ki, xalqdan ayrı düşən dağıdıcı xislətli müxalifət qrupları daim bir-biriləri ilə qarşıdurma da olublar. Məhz bunun nəticəsidir ki, AXCP, Müsavat və digər partiyalardan istefalar silsilə xarakter alıb. Hadisələrin hazırki, inkişafına əsasən demək olar ki, müxalif partiyalararası qarşıdurmalar partiyalardaxilində də yaşanmaqdadır. Acınacaqlı vəziyyət daha çox Müsavat və AXCP-də müşahidə olunduğundan siyasi təhlilçilər o qənaətdədirlər ki, yaxın vaxtlar da bu partiyalardan növbəti qopmalar baş verəcək. Artıq daxili durumun mürəkkəbliyindən, silsilə uğursuzluqlardan və sədrlərin təxribat xarakterli açıqlamaları sıravi üzvləri partiyalardan uzaqlaşmağa məcbur edir. Yəni bəzi müxalif partiyalardan istefalar sədrlərin əxlaqsız davranışları ilə bağlıdır. Zaman keçdikcə, siyasi məkanda qərar tutmuş dağıdıcı müxalif qüvvələr müəyyən dəyişikliklərə uğrayırlar. Yəni daha çox işverən, xəyanətkar mövqeləri ilə seçilən qurumlara çevrilirlər. Əksər müxalif partiyaları inkişaf proseslərindən kənarda qalmaqla, parçalanıb, siyasi mübarizədə ardıcıl məğlubiyyətlərə düçar olaraq, sivil mübarizə dəyərlərindən uzaq düşüblər. Bu kimi amillər səbəbindən, müxalifət düşərgəsində yer almış qüvvələrin birlik modellərinin həyata vəsiqə ala bilməməsi, yanlış siyasi taktika və strategiya əsasında baş verib.
Əli Kərimli xaricdən müxalifətə ayrılan pulları mənimsəyib
Azərbaycan müxalifətinin uğur qazanmamasının səbəbləri kimi, həmçinin, onun xalqın etimadına və dəstəyinə deyil, birbaşa olaraq, xarici siyasi-maddi köməkliyə arxalanmasını da göstərmək olar. Olub ki, müxalif partiya sədri xaricdəki havadarlarının dəstəyinə arxalanaraq, düşərgə daxilində meydan sulayıb, sonradan isə miskin durumla üzləşib. 2013-cü il prezident seçkiləri ərəfəsində AXCP sədri Ə. Kərimli müxalifətin əsas idarəedici qüvvələrindən hesab olunurdu. Çünki, xaricdən ayrılan maliyyə yardımları Ə. Kərimli vasitəsilə müxalifətə çatdırılırdı. AXCP sədri ona göstərilən "inam" və "etimaddan" istifadə edərək, pul bölgüsündə ayrı-seçkiliə yol verirdi. Yəni Ə.Kərimli birinə çox, digərinə az pul ödəyirdi. Bir növ "Milli Şura"da təmsil olunan müxalif məxluqları özündən asılı vəziyyətə salırdı. Ancaq Müsavt funksionerləri, eləcə də, Eldar Namazov, Mirmahmud Mirəlioğlu və digərləri Ə.Kərimlinin pulla imtahan edilmələrinə göz yuma bilmədilər. Nəhayət qurumdan istefa verdilər. Prezident seçkilərində qurumun oyuncaq "vahid namizədi" Cəmil Həsənli acınacaqlı məğlubiyyətə uğradıqdan və xaricdən ayrılan maliyyə vəsaiti kəsildikdən sonra Ə.Kərimlinin də, özbaşnalığına son qoyuldu.
Müxalifət yanlış siyasətin ağır nəticələrini yaşayır
Bu gün demək olar ki. "Milli Şura" adlı qurum formal olaraq mövcuddur. Bunu anlayan Ə.Kərimli sosial şəbəkələrdə şər və böhtan xarakterli videolıar paylaşmaqla yenidən xaricdəki ağalarının diqqət mərkəzinə çevrilməyə ümid bəsləyir. ADP Sərdar Cəlaloğlunun sözləri ilə desək, Ə.Kərimli müxtəlif şoular yaratmaqla təşəbbüsü ələ alıb diqqəti özünə cəlb etmək istəyir: "Onlar zavallı qaraguruh təbəqədir. Ağıl, şüur cəhətdən inkişaf etməyiblər. Onlarda siyasi mədəniyyət deyilən şey yoxdur. Əllərindən söyüş söyməkdən başqa heç nə gəlmir. İnsanın arqumentləri qurtaranda dərhal söyüşə keçir. Əli Kərimlinin istefa vermiş müavinlərindən biri şəxsən mənə demişdi ki, Əli bəyin tapşırığı ilə sosial şəbəkələrdə 20-30 nəfərlik qrup düzəldiblər. Onların işi ancaq şəbəkədə oturub virtual aləmdə AXCP-ni, Əli Kərimlini müdafiə etmək və başqalarına qarşı təhqir kampaniyası aparmaqdır. Bunu dəqiq bilirəm". O, həmçinin "onlar "kim bizim kimi düşünmür, yanımızda deyil, deməli, düşməndir" yanaşması ilə yaşayırlar",- deyə diqqətə çatdırıb: "Vaxtilə ictimai Palatada Müsavatla bir yerdə idi, onda müsavatçılara dost deyirdilər. Ayrılan kimi onları düşmən elan etdilər. Sonra "Milli Şura"da bir araya gəldilər, yenə dost dedilər. Müsavat çıxan kimi xain elan etdilər. Bu adamın psixologiyası belədir. Hər şeyi öz yanaşması ilə ölçür. Ona kim yaxındır, deməli, doğrudur, ona qarşı olanlar xaindirlər".
Bir sözlə, görünən odur ki, müxalifət dərin quyunun dibindədir. Ordan çıxıb, normal siyasi fəaliyyət göstərməsidə mümükünsüzdür. Çünki, Ə.Kərimli, C.Həsənli, A.Hacılı və digərlərləri özləri ilə yanaşı əqidə dostlarınıda yanlış, səhv siyasətlərilə məhv ediblər.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB