"Aprelin 2-də Rusiyada Azərbaycan, Ermənistan və Rusiyanın Xarici İşlər nazirlərinin görüşü baş tutacaq. Bu görüşdə kommunikasiyaların açılması müzakirə ediləcək. Azərabaycan konkret təkliflərlə belə bir görüşə qatılmalıdır". Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspertin sözlərinə görə, birinci, Ermənistan tərəfi Qarabağa rəsmi şəxslərini göndərməməli: "İkinci, Ermənistan rəsmiləri Qarabağ münaqişəsi adından imtina etməli. Üçüncü, silahlı erməni birləşmələrinin Qarabağda ləğv etməlidir. Dördüncü, Ermənistan Qarabağa vəsait ayırmamalıdır. Beşinci, Sülhməramlı qüvvələrinin fəaliyyəti dəqiqləşdirilməlidir. Rusiya tərəfi prosesi əngəlləyir və silahlı erməni birləşmələrinin ərazilərdən çıxarılmasında maraqlı görünmür".
M.Əsədullazadə vurğulayıb, Ermənistan tərəfi kommunikasiyaların açılmasında maraqlıdır: "Amma, sülhün əldə edilməsi üçün mütləq şəkildə şərtlərin yerinə yetirilməsi mütləqdir. Rusiya isə, sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Ermənistan tərəfi seçkiyə qədər Rusiyanın istəklərini yerinə yetirəcək. Seçkidən sonra, Ermənistanda siyasi mənzərə formalaşacaq və rəsmi Bakı öhdəlikərin yerinə yetirilməsini konkret tələb etməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB