Rusiya lideri Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışmaq niyyətində deyil. SİA Ren TV-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiya liderinin mətbuat katibi, eyni zamanda, lazım olduqda belə bir söhbətin dərhal təşkil oluna biləcəyini də qeyd edib. Bundan əvvəl Peskov, yaxın gələcəkdə Kremlin Federal Məclisə müraciət tarixini açıqlayacağını da söyləyib.
Xatırladaq ki, Rusiya-Ukrayna münasibətlərində son zamanlar gərginlik müşahidə olunur. Hətta Ukrayna prezidenti Rusiyaya qarşı sanksiyaların daha da gücləndirilməsi təklifi, hətta bəzi hallarda, tələbi ilə çıxış edir. Zelenski beynəlxalq aləmə Rusiyaya qarşı daha effektiv, daha təsirli, daha sərt sanksiyalar tətbiq etməyi tövsiyyə edib.
Görünür, Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidentinin bu şəkildə yanaşmasından heç də narahat deyil və bu, Rusiya liderinin mətbuat katibinin fikirlərinə öz əksini tapır. Əslində, Peskovun bu barədə açıqlamasında da məqsəd elə bundan ibarətdir və belə məlum olur ki, o, Ukraynaya bu barədə mesaj verməyi məqsədəuyğun hesab edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB