Paşinyanın istefa niyyətinə münasibət Kremldən gəldi

Paşinyanın istefa niyyətinə münasibət Kremldən gəldi

Paşinyanın istefa qərarı dərhal, vaxt itirmədən danışıqlar tələb etmir, təmaslar mütəmadi, davamlı olaraq davam edir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanla görüşün və ya telefon danışığının planlaşdırılıb-planlaşdırılmaması barədə jurnalistlərin suallarını cavablandırarkən söyləyib.
"Birincisi, o, hələ də fəaliyyətdə qalacaq. Bundan əlavə, ictimaiyyətə açıqlanan bu qərar dərhal danışıq tələb etmir. Xəbər verdiyimiz kimi, bu yaxınlarda əlaqə qurublar, buna görə təmaslar daim, mütəmadi olaraq davam edir", deyə Peskov bildirib.
Xatırladaq ki, Ermənistanda vəziyyət acınacaqlı olaraq qalır. Müharibənin 44 gün ərzində Ermənistana vurduğu “zərbələr” və bu işğalçı ölkənin itkiləri ilə barışmaq istəməyən vətəndaşlar istefa tələbi ilə çıxış etməkdə davam edirlər. Baş nazir Nikol Paşinyan bu zamana qədər istefa barədə tələblərə məhəl qoymasa da, növbədənkənar seçkilər barədə fikirlər ortaya atıb kütləni sakitləşdirməyə çalışsa da, görünür, bunun mənasız olduğunu sonda anlamaq məcburiyyətində qalıb. Hazırda Ermənistan cəmiyyətində Nikol Paşinyanın istefa vermək niyyəti olduğu barədə müzakirələr gedir. Heç şübhəsiz ki, erməni baş nazirin belə bir niyyətinin Rusiya tərəfindən necə qarşılanacağından da Ermənistan vətəndaşları narahatdırlar və Nikol Paşinyanın istefa niyyəti barədə fikirlərə Kremlin münasibəti maraqlı hesab olunur. Təbii ki, Rusiya tərəfi də öz növbəsində işğalçı ölkədəki proseslərə biganə qalmır, amma, Peskovun da dediyi kimi, bu fakt özü də dərhal danışıqlar tələb etmir və hadisələrin gedişi müəyyən məqamlara aydınlıq gətirəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə