Polis rüşvət alarkən yaxalandı – araşdırmalar aparılır

Polis rüşvət alarkən yaxalandı – araşdırmalar aparılır

Ermənistan paytaxtında polis idarələrindən birinin müfəttişi "əlavə pul qazanmaq" qərarına gəlib, lakin xüsusi xidmət orqanları onu cinayət başında tutub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti rüşvət almaq ittihamı ilə bir polisi və onunla əlbir olan yoldaşını yaxalayıb.
Məlumata görə, Nor-Nork şəhər polis idarəsinin baş müfəttişi mayor M.E, bir cinayət işində şahid olan vətəndaş N.X-nın əməllərini “ört-basdır” etməyə və ona qarşı cinayət işinin başlanmasının qarşısını almağa çalışıb. Bu “calışma” müqabilində mayor N.X-dan 5 min dollar rüşvət tələb edib, ancaq "hərrac"dan sonra məbləğ 4 minə endirilib. N.X. əvvəlcə tələb olunan məbləğin yarısını köçürəcəyinə söz verib və "danışıqlar apardıqları" kafedən ayrılıb. Yolda N.X. rüşvət vermək fikrindən daşınıb, MTX-ya gedib və cinayətlə bağlı bir hesabat təqdim edib. Həmin gün, artıq əməliyyatçıların nəzarəti altında N.X. A.G.-nin vasitəçiliyi ilə rüşvət alma faktını gizlətmək məqsədi ilə M.E.-nin təqdim etdiyi başqa bir şəxsə 2 min dollar verib. Məbləğin ikinci yarısının 24 martda köçürülməsi barədə razılığa gəlinib. Pulun MTX zabitlərinin əməliyyat nəzarəti altında verilməsinə qərar verilib. Rüşvət verilərkən, vətəndaşlar M.E., E.E. və A.G. nəzarətə alınıb.
Cinayətin bütün hallarının aydınlaşdırılması, hadisədə iştirak edən şəxslərin mümkün dairəsinin təyin edilməsi istiqamətdə hərtərəfli tədbirlər görülür.
Xatırladaq ki, Ermənistanda qanunsuzluq halları artmaqdadır və bu işğalçı ölkədə hökm sürən qarmaqarışıqlıqda qanunsuzluq daha geniş miqyas alıb. Xaosun hökm sürdüyü bu ölkədə cəsasızlıq ümidi ilə insanların qanunsuzluqlarının çoxdandır şahidiyik. Lakin, məhz polisin qanunsuzluğa rəvac verməsi, ölkə polisinin özünün qanunsuz əməllər törətməsi təsdiq edir ki, artıq Ermənistanda vəziyyət tamamilə nəzarətdən çıxıb və ölkə qanunlarla idarə olunmur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə